Super User
Novruzun gəlişi Şamaxıda yüksək əhvali-ruhiyyə ilə qarşılanır...
Xalqımızın əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş şənlik keçirilib. Tədbirdə rayon rəsmiləri, sakinlər və rayona gələn qonaqlar iştirak ediblər. Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə bəzədilən parkda tədbir iştirakçılarına xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş olunub. Bayram tədbirində iştirakçılara müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar təqdim edilib. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətlərini bir daha yada salıblar. Kəndirbazların və pəhləvanların çıxışları, rayon idmançılarının nümayiş etdirdikləri nümunəvi idman hərəkətləri də izləyicilər tərəfindən maraqla qarşılanıb. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub. Ənənəyə uyğun olaraq bayram tonqalı qalanıb. Daha sonra xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Hikmət baba futbol klubuna yardım edib...
Vətən müharibəsi zamanı vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən xeyirxah əməli ilə gündəmə gəlib. Pensiyaçı bu dəfə Şəkinin “Sheki City” futbol klubunun başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat vəsaiti kluba bağışlayıb.
Şəbnəm Tovuzlu və Revan Qarayev ""5 gün" Mikayıl ilə"də 18.03.2024
"Alovla Savaşanlar" filminin təqdimatı baş tutdu
Şəkidə “Urfansoy film”in hazırladığı “Alovla savaşanlar” qısametrajlı filminin təqdimatı baş tutub. Təqdimatda şəhid ailələri, qazilər, filmin yaradıcı heyəti və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər yanğınsöndürənlərin şücaətindən bəhs edən filmdən danışıblar. Bildirilib ki, mobil film festivalında iştirak üçün çəkilən film kifayət qədər uğurlu alınıb. Nəticədə festivalda sənədli filmlər nominasiyasında birinci yerə laiq görülüb. Filmdə yanğınsöndürənlərin işinin əhəmiyyəti vurğulanır, alovla savaşın ön cəbhəsindəki qəhrəmanların fəaliyyətinə işıq tutulur. Sonra filmə ictimai baxışı olub. Sonda filmin yaradıcı heyyətinə festivalda qazandıqları diplomlar, həmçinin Şəki rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunub.
Qaxda dələduzluq edən şəxs saxlanılıb...
Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb. Əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.
Jurnalist Elvin Elxan və müğənni Nuran "Xəbərin var?"da 18.03.2024
Nizami Gəncəvinin Avropa ədəbiyyatına təsiri və "Turandot" kimdir | Zamaninda 18.03.2024
Oxud kəndinin 83 yaşlı pedaqoqu Əlövsət Alxasov | Ötənlər 17.03.2024
Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb...
Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb/ Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Görülən tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb. Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib. Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.