Super User
Xalq artisti Vidadi Həsənov, tarzən Humay Qədimova və müğənni Elçin Hüseynov "Xeyirli axşamlar"da
Təranin yeni doğulan oğlu haqqında qızı Qumraldan açıqlama | Xəbərin var?
Yaxşı deyək, yaxşı eşidək 05.04.2024
Müğənni İbrahim Borçalı, Raya Həsənova və aşıq Mübariz Camaloğlu ""5 gün" Mikayıl ilə"də 02.04.2024
Birlikdə yaşıl və sağlam gələcəyə doğru...
Şəki Şəhər İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Birlikdə yaşıl və sağlam gələcəyə doğru” mövzusunda konfrans keçirilib. Konfransda rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsrolunmuş videoçarx nümayiş olunub. Ardınca çıxış edənlər iqlim dəyişiklikləri ilə mübarizənin vacibliyinə diqqət çəkib, Şəkidə bununla bağlı görülən işlərdən danışılıb. Bildirilib ki, bu il rayonda maarifləndirmə məqsədilə konfrans və seminarların keçirilməsi, yaşıllıqların artırılması məqsədilə isə 15 minədək ağac, kol və tingin əkilməsi planlaşdırılır. COP29 tədbirinin bu il ölkəmizdə keçilməsinin də böyük əhəmiyyəti vurğulanıb. Konfransın sonunda icra hakimiyyətinin inzibati binasının həyətində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 50 ədəd Eldar şamı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb.
Mollalı kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb....
Mollalı kəndi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun sağ sahilində, Qəbələ rayonu ilə sərhəddə yerləşir. 156 fərdi yaşayış evi olan kənddə 700 nəfərə yaxın sakin yaşayır. Sakinlər magistrala tək çıxışı olan kənd yoluna indiyədək bir dəfə də olsun asfalt örtüyü döşənmədiyini deyir. Kəndə qədər olan 5 km-lik məsafə yararsız vəziyyətdə olduğunda sakinlərin rayon mərkəzinə gəliş-gedişləri əməlli-başlı problemə çevrilib.
Qeyd edək ki, kəndim problemləri tək yolla yekunlaşmır. Mollalı sakinləri tibb məntəqəsinin, mavi yanacağın olmaması ilə bağlı da şikayətlərini dilə gətirdilər. Ümid edirik sakinlərin problemləri tezliklə həllini tapar.