Super User
Xuraman Şuşalı ilə Şağan kəndində Kim var, Kim yox? 18.06.2024
Qəbələnin Mirzəbəyli kəndi su sarıdan əziyyət çəkir...
Kənd sakinləri yaz və yay aylarında problemin daha da kəskinləşdiyini deyirlər. 500-dən çox əhalisi olan kənd səfalı ərazidə yerləşsə də, kənd sakinləri səfadan çox cəfa çəkir. Sakinlərin sözlərinə görə kənd ərazisində cəmi 2 ədəd artezian var və bu da kəndin su ehtiyacını ödəmir.
Belə ki, sakinlər həmin artezianlara suyun saatla verildiyini və bu vaxtın onların suya olan tələbatını qarşılamadığını deyirlər. Eyni zamanda quraqlıq səbəbindən sakinlərin təsərrüfatına da ciddi ziyan dəyir. Suvarma suyunun da yətəri qədər olmadığını deyən sakinlər əkin biçinlə məşğul ola bilmirlər.
İçməli suya olan tələbatlarını ödəmək üçün kənd sakinləri su almalı olurlar. Bu da öz növbəsində onların büdcəsinə ciddi təsir göstərir. Kənd sakinləri aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini lakin heç bir nəticənin olmadığnı bildiriblər. Məsələ ilə bağlı Qəbələ Suvarma Sistemləri idarəsinin Qəbələ Artezianlar sahəsi üzrə sahə rəisi Ağabəy Ağayev sakinlərin iddialarına cavab olaraq kənddə 4 artezianın olduğunu bildirdi.
O, həmçinin yeni, 5-ci subartezian quyusunun da qazıldığını və yaxın vaxtlarlda istifadəyə veriləcəyini qeyd edib. Dövlət Su Ehtiyyatları Agentliyindən isə vəziyyətdən xəbərdar olduqlarını və yaxın gələcəkdə problemin həlli istiqamətində işlərin görüləcəyini vurğuladılar. Rəsmi şəxslərin hər biri artezian sayı ilə bağlı fərqli fikir söyləyir. Nəticə isə odur ki, əhali susuz qalıb. İndi tək çarələri verilən vədlərin reallaşacağı günü gözləməkdir.
Toyuq əti alarkən bunlara diqqət edin! | Elə çarə 18.06.2024
Yaxşı deyək, yaxşı eşidək 17.06.2024
Arzu Qarabağlı və Əlikram Bayramov ""5 gün" Mikayıl ilə"də 14.06.2024
Ölkə üzrə ən yüksək nəticəni – 700 balı yalnız o topladı...
Zərifə İlyasova birinci qrup üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən abituriyentdir. Şəki şəhər 18 saylı orta məktəbin məzunu təəssüratlarını KANAL S-lə bölüşüb. Deyir ki, cavabları öyrəndiyində inanmayıb...
Tural Salmanov, Canan, Kəmalə Günəşli, Tərlan Novxanı və Ruslan Əbilov ""5 gün" Mikayıl ilə"də
Böyük Dəhnə kəndinin Dini İcmasının sədri Hacı Nəbi Kərimov "Ötənlər"də 16.06.2024
Su çatışmazlığının səbəbləri və çıxış yolları | Zamanında 17.06.2024
Meşədə çətənə əkib-becərən şəxslər saxlanıldı...
Oğuzda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və Nemət Abdullayevin çətənə kollarını Padar və Xaçmaz kəndində yetişdirdikləri məlum olub.
Həmin ərazidən aşkarlanan çətənə kolları və xüsusi vasitələr maddi sübut kimi götürülüb. Əməliyyatlar zamanı rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.