Super User
Balakəndə 38 yaşlı kişinin meyiti tapıldı...
Balakən rayonunun Katex kənd sakini, 38 yaşlı Şahid Babayevin meyiti tək yaşadığı evdə aşkarlanıb. Şahid Babayevin həyətyanı sahəsində ot biçməyə gələn qohumlar onu evdə görməyib və ev sahibini axtarmağa başlayıblar.
Bu zaman həyətdəki köməkçi tikilidə qaz sobasının yanında Şahid Babayevin meyitini görüblər. Yaxınları bildiriblər ki, mərhum hadisə baş verən evdə tək yaşayırdı. O, hərbi xidmətdən gələndən bir qədər sonra əsəb xəstəliyinə tutulub və uzun müddətdir bu xəstəlikdən əziyyət çəkirdi. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verib.
Elgiz Əliyev və Elvin Hümbətov "Xeyirli axşamlar"da 04.06.2024
Eşitməyən qalmasın 06.06.2024
Səhər dəmi 06.06.2024
Şəhid Səbuhi Süleymanov 32 il sonra dəfn edildi
Tərtər rayonunun Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Süleymanovun meyitinin qalıqları Şəkiyə gətirilərək rayonun Cəfərabad kəndində ailəsinə təhvil verilib.
Vida mərasimindən şəhidin nəşi Cəfərabad kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci ildə Şəkinin Cəfərabad kəndində anadan olub. O, 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb.