Super User
Yaxşı deyək, yaxşı eşidək 21.05.2024
Şəki şəhəri “İqlim və Enerji üzrə Merlər Razılaşması”na qoşulur...
Şəkidə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı tərəfindən dəstəklənən “İqlim və Enerji üzrə Merlər Razılaşması” təşəbüsü çərçivəsində müzakirə və seminar reallaşıb.
Tədbirdə yerli və əcnəbi ekpertlər, dövlət qurumlarının nümayəndələri iştirak edib. Müzakirələrdə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı” haqqında danışılıb, enerji səmərəliliyi haqda fikirlər səsləndirilib. Kənar təsirlərin yumşaldılması, müxtəlif istixana qazlarının azaldılması, enerji səmərəliliyinin artırılmasına diqqət çəkilib.
Eyni zamanda iqlim dəyişilməsinə uyğunlaşma tədbirləri istiqamətində müzakirələr aparılıb. Sonda “Şəkinin İqlim və Enerji Planı”nın təqdimatı olub.
Bitki yağlarının istifadə zamanı təhlükələri | Elə çarə 22.05.2024
Piyadanı avtomobil vurub
Kəmalə Vahabzadə, Rza və “Vaqif” İdman Klubunun idmançıları "Xeyirli axşamlar"da 20.05.2024
Aytac Vidadiqızı, Cəmil Əfəndi və Tərlan Novxanı ""5 gün" Mikayıl ilə"də 21.05.2024
Meyxana xiridarları Mehman Əhmədli və Oqtay Kamillə Binəqədidə | Kim var, Kim yox? 21.05.2024
Leysan yağışları fəsadlar yaratdı...
Dünən axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində yenidən hava şəraiti bir-neçə saat ərazində qeyri-sabit keçib. Leysan yağışı yağıb, rayon mərkəzidə daxil olmaqla ətraf yaşayış məntəqələrinə 3-4 dəqiqə ərzində dolu düşüb. Leysan yağışları gecə saatlarında rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən 3-cü Tala kəndinin inzibati ərazisində daha çox müşahidə olunub.
Kəndin inzibati ərazisinə yağan güclü leysan yağışları səbəbindən kənd daxili və kəndin ətrafındakı kiçik tutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəbəb olub. Sel suları kəndin 250-yə yaxın həyətyanı sahəsinə dolub, kənd sakinlərinin toyuq cücəsi tələf olub 20-dən yuxarı evin zirzəmisinə və yaxud birinci mərtəbəsinə yağış suları dolub.
Kənddə fəaliyyət göstərən orta məktəb və körpələr evi uşaq baxçası da daxil olmaqla bir neçə inzibati binaya yağış və sel suları nəticəsində müəyyən zərər dəyib. Daha bir nəfər kənd sakininin şəxsi təsərrüfatında yetişdirmək üçün götürdüyü ipık qurdu leysan yağışlarının yaratdığı sel suları alıtında qalaraq tələf olub. Hazırda müvafiq qrum nümayəndələri ərazidə lesyan yağışlarının yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır, əhaliyə dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər.