Super User
Su çatışmazlığının səbəbləri və çıxış yolları | Zamanında 17.06.2024
Meşədə çətənə əkib-becərən şəxslər saxlanıldı...
Oğuzda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və Nemət Abdullayevin çətənə kollarını Padar və Xaçmaz kəndində yetişdirdikləri məlum olub.
Həmin ərazidən aşkarlanan çətənə kolları və xüsusi vasitələr maddi sübut kimi götürülüb. Əməliyyatlar zamanı rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qəbələdə qəzada xəsarət alan xarici vətəndaşla bağlı açıqlama...
İyunun 15-i saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında yol qəzasında xəsarət alan xarici vətəndaşların son durumu açıqlanıb. Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, yol-qəza hadisəsi nəticəsində xarici ölkə vətəndaşı olan 5 qadın xəsarət alıb.
Qeyd olunub ki, onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb. Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə FHN-ə məxsus helikopterlə Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə edilib.
Şəkidə şəhid Kamal Kamallının anım günü keçirilib...
Şəki kəndində keçirilən anım günündə şəhidin ailəsi, döyüş yoldaşları ictimaiyyət nümayəndələri ştirak ediblər. Tədbirdə şəhidin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub. Çıxış edənlər şəhid Kamal Kamallının keçdiyi şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, kompazisiyalar ifa olunub. Qeyd edək ki, 29 yaşlı Kamal Kamallı 2020-ci ilin avqust ayından Dövlət Sərhəd Xidmətində gizir kimi xidmətə başlayıb. O, Vətən müharibəsinin iştirakçılarından biridir. Qeyd edək ki, Kamal Kamallı 2021-ci ildə sərhəd-döyüş məntəqəsindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında qəzaya düşərək şəhadətə yüksəlib.
Müğənni Qumral: "Kabinetdə" oxuyanda nə olar ki? Yoldaşımda yanımda olur! Xəbərin var? 17.06.2024
Səhər dəmi 17.06.2024
Leysan yağışları fəsadlar törətdi
Milli Qurtuluş Günü Şəkidə qeyd edilib
Şəkidə Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib. Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhər ictimaiyəti və şəhid ailələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər vurğulayıb ki, xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur, yenidən hakimiyyətə gəldiyi günü Milli Qurtuluş Günü kimi qeyd edir. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Xalqımız əmindir ki, regionun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq.
Tədbirdə YAP sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. Daha sonra Milli Qurtuluş gününə həsr edilmiş qısametrajlı sənədli film nümayiş etdirilib. Şəki rayon Psixiatriya xəstəxanasında da "Milli Qurtuluş günü", "Qurban bayramı" və "Səhiyyə işçilərinin peşə bayramı" münasibətilə tədbir keçirilib. Tədbirdə səhiyyə işçiləri, müharibə vetranları və aztəminatlı ailələrin üzvləri iştirak edib.
Çıxış edənlər bildirib ki,dahi şəxsiyyət Heydər Əliyev xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycanı bəxş edib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, o cümlədən səgiyyə sahəsində əldə olunan inkişaf və tərəqqi Heydər Əliyev siyasətinin nəticəsidir. Sonda qarşıdan gələn qurban bayramı münasibəti ilə hər kəsin bayramı təbrik edilib. Aztəminatlı 15 ailələyə ərzaq yardımı göstərilib.
Sosial şəbəkədə vətəndaşların pulunu mənimsəyən şəxs tutuldu...
Sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların pulunu və qızıllarını talayan şəxs saxlanılıb. 24 yaşlı Cavid Mustafayev Instagramda səhifə yaradaraq insanlara daha çox qazanc əldə etmək kimi şirnikləndirici vədlər verib.
Daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pul alıb. Bu üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib.
Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün müəyyənləşdiridyi yerlərə qoymalarını tələb edib. Məhkəmənin qərarı ilə Cavid Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.