Super User

Super User

Şənbə, 25 May 2024 13:10

28 May - Müstəqillik günü...

Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbində 28 may Müstəqillik gününə həsr olunan tədbir keçirilib. Çıxış edənlər Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd ediblər.

Həmçnini Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, ərazi bütövlüyümüzün təmini xatırlanaq bu qələbə uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Tədbirin bədii hissəsində məktəblilərin hazırladığı vətənpərvər ruhlu, şeir, musiqi, rəqslərin nümayişi baş tutub. Balacaların ifa etdiyi səhnəciklər maraqla qarşılanıb.

Şəki şəhər Kimya-Biologiya Təmayüllü liseydə narkomaniya ilə mübarizə və Dini Radikalizm mövzusunda tədbir keçirilib. Şəki ŞRPŞ rəsmilərinin iştirak etdiyi tədbirdə narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizə və əldə olunan nəticələrdən bəhs olunub.

Vurğulanıb ki, narkotik vasitələrin əsas qurbanlarını təhsildən uzaqlaşan gənclər təşkil edir. Bu gün ölkədə 30 mindən çox qeydiyyatda olan narkotik vasitə istifadəçisi var ki, onlardan 350 nəfəri Şəkinin payına düşür. Hansı ki, bu rəqəmlər yalnız qeydiyyatda olan istifadəçiləri əhatə edir. Odur ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işi daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodlarından danışılıb, erkən nikah və onun fəsadlarından bəhs olunub. Vurğulanıb ki, cəmiyyətimizin sağlam olması üçün gənclər yaxşı təhsil almalı və dövlətimizə daim bütün işlərdə dəstək olmalıdırlar. Sonda narkomaniyanın zərərlərindən bəhs edən videoçarx nümayiş olunub.

Cümə, 24 May 2024 16:38

Eşitməyən qalmasın 24.05.2024

Zaqatalada “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Rayonda fəaliyyət göstərən 16 xidmət orqanlarının hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin və texnikalarının qatıldığı təlim zamanı şərti həyəcan siqnallarından istifadə edilib, törədilən şərti yanğınlar irimiqyaslı texnikalardan istifadə edilməklə söndürülüb. 2 gün davam edən təlimin məqsədi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.

219 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S