Super User

Super User

Bazar ertəsi, 10 İyun 2024 10:18

Səhər dəmi 10.06.2024

Şənbə, 08 İyun 2024 15:25

Güclü yağış fəsadlar törətdi...

Şəkidə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunan “Vətən məcnunları”nın ikinci kitabının təqdimatı keçirilib. Şəki Tibb kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, tibb kollecinin tələbələri və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidlərimizin əziz xatirəsi yad edilib. Ardınca Vətən müharibəsinə həsr olunan videoçarx izlənilib. Çıxış edənlər bildirib ki, Azərbaycan Yazıçılar birliyinin üzvü Şəfa Vəlinin redaktorluğu ilə nəşr olunan “Vətən məcnunları” kitabı 90-cı illərdə ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən qəhrəmanlara həsr olunub.

Qeyd olunub ki, kollecin gənc tələbələrinin qələmə aldığı kitab vətən aşiqləri olan qəhrəman oğulların şücaəti, rəşadəti, vətənpərvərliyinə, yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır. Rəsmi hissədən sonra şəhid ailələrinə kitab və fəxri fərmanlar təqdim edilib.

Şamaxıda Məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təlim keçirib. Təlimdə komitə rəsmiləri ilə yanaşı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarının Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının , eləcə də aidiyyatı təşkilatların nümayəndələri iştirak edib.

Ölkə ərazisində Məişət zorakılığının qarşısının alınması istiqamətində görülmüş işlərdən və qarşıdan duran problemlərdən bəhs edilib, zorakılığa məruz qalmış şəxslərin müdafiəsinin təşkilinin zəruri olduğu vurğulanıb. Təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının hesabatları dinlənilib, qarşılıqlı diskussiyalar aparılıb.

Zaqatalada Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Sərnişin daşınması üçün standartlara cavab verməyən avtobus və mikroavtobuslar aşkar olunub.

Həmçinin, qanunsuz sərnişindaşıma ilə məşğul olan və müvafiq kateqoriyası olmayan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Yoxlamalar zamanı həmin nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırıldığı da məlum olub. Sürücülərlə maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.

Şəkidə taxıl sahəsində bədbəxt hadisə baş verib. rayonun Sarıca kəndinin ərazisindəki taxıl sahəsində Qayabaşı kənd sakini 61 yaşlı Qiyas Mehdiyev kombaynda təmir işləri aparan zaman texnika hərəkət etməyə başlayıb. Nəticədə o texnikanın altında qalıb, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Zaqatalada 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib. İlkin məlumata görə, Rusiya Fedarasiyası vətəndaşı, Murmansk vilayətində yaşayan, əslən Mamrux kəndindən olan 56 yaşlı Akif Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşınının təkəri altına düşüb. Hadisə zamanı ağır xəsarətlər alan Akif Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Akif Qurbanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Cümə, 07 İyun 2024 12:57

Avtomobil traktorla toqquşub...

Qaxda minik avtomobili traktorla toqquşub. Hadisə rayonun Əlibəyli kəndinin girişində baş verib. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili traktorla toqquşub.

Qəza zamanı 3 nəfər - traktorun sürücüsü Qax rayon Güllük kənd sakini 53 yaşlı Hicran Həsənov, minik avtomobilinin sürücüsü 29 yaşlı Elsəvər Əhmədov və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

27-30 may tarixlərində Bakıda Grappling idman növü üzrə Avropa çempionatı keçirilib. 3 gün davam edən çempionatda Avropa ölkərindən 800-dən çox idmançı mübarizə aparıb.

Çempionatda iştirak üçün Şəkidən iki idmançı lisenziya qazanıb, lakin bir idmançımız – yarışa 42 kq çəkidə, 16-17 yaşlılar arasında qatılan Taleh Əhmədli uğurlu nəticə göstərib. O, finala qədər gəlib çıxmağı bacarıb. Finalda isə rəqibinə uduzaraq Avropa ikincisi olub.

225 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S