Super User

Super User

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında "Hipertoniya ayı" layihəsi çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tibbi xidmətlər göstərir.

Tibbi müayinələr ürək-damar xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Dağlıq Şirvan Tibbi Ərazi Bölməsinə daxil olan Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının vətəndaşları üçün təşkil edilib.

Sağlamlıq günlərinin əsas məqsədi Dağlıq Şirvan bölgəsində yaşayan əhalinin tibbi müayinəsi, hipertoniya risk qrupuna daxil olan şəxslərin ehtimal xəstəliklərinin erkən profilaktikası, eləcə də vətəndaşların hipertoniya və onun törədə biləcəyi xəstəliklər barədə maarifləndirilməsidir.

Risk qrupun daxil olan və xəstəliyi yeni müəyyən edilən vətəndaşlara zəruri tibbi məsləhətlər veriləcək və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndiriləcək.

Çərşənbə axşamı, 14 May 2024 11:50

Məclisi-Şüəra 14.05.2024

Çərşənbə axşamı, 14 May 2024 07:31

Səhər dəmi 14.05.2024

Bazar ertəsi, 13 May 2024 15:26

Zaqatalada yol qəzası can aldı...

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var. Qəza axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21013” markalı avtomobil yol ayrıcında dayanan “Chevrolet Niva” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil ərazidə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin giriş qapılarına çırpılıb. Nəticədə “VAZ 21013” markalı avtomobildə olan 31 yaşlı Kəlbəcər sakini, Vətən müharibəsi qazisi Samir Həsənov hadisə yerində ölüb. Həmin avtomobildə olan digər iki nəfər, Zaqatala sakinləri 43 yaşlı Zaur Heydərov və 37 yaşlı Ramil Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

228 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S