Super User
Yaşayış evi yanaraq külə döndü...
Şəkidə yanğın hadisəsi qeydə alınıb. Yanğın günortalarında şəhərin şəhərin Nizami Gəncəvi küçəsində 9 otaqlı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. İslam Əmrahova məxsus ümumi sahəsi 670 kvadratmetr olan evin əksər otaqları yanıb. Yanğının qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qax rayonunda mikroavtobus yanıb...
“Texniki təhlükəsizlik bizim prioritetimizdir”
Qəbələdə sənayedə texniki təhlükəsizlik məsələləri müzakirə olunub. Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirib.
Tədbirdə agentliyin məsul əməkdaşları, bölgədəki yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
Xalq artisti Faiq Ağayev: Mən sənətimin acgözüyəm | Xəbərin var? 03.05.2024
Səhər dəmi 03.06.2024
Şəki sakini Mustafa Əhmədov ilə 2-ci hissə | Ötənlər 02.06.2024
Şəki sakini Mustafa Əhmədov ilə Ötənlər 01.06.2024
Gülşad Baxşıyeva: Torbamı tikdilər, işdən çıxardılar. Dedim xeyir tapmayacaqsınız! | Həftənin qonağı
Evdə partlayış olub, xəsarət alanlar var...
Şəkidə yaşayış evində partlayış baş verib. Hadisə Şəkinin Baş Göynük kəndində qeydə alınıb. Belə ki, evin mətbəxinə sızan qaz partlayışa səbəb olub. Partlayış nəticəsində iki nəfər - 78 yaşlı Məhəmməd Seyidov və 72 yaşlı Güllü Seyidova əl və üz nayihələrindən yanıq xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsə tibbi yardım göstərildikdən sonra ambulator müalicə şərtilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.