Super User
Eşitməyən qalmasın 16.10.2024
Oğuzda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə rayonun Xalxalqışlaq kəndi ərazisində qeydə alınıb. Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 69 yaşlı Qurban Qurbanovu vurub. Piada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sayqa ilə 15.10.2024
Əsrdən çox yaşı olan şabalıd bağları təhlükədə
Şabalıdın əsas vətəni sayılan Zaqatalada bu məhsulun qiyməti necə deyərlər, əl yandırır. Səbəb, son illər ağacların kütləvi quruması, və eyni zamanda az miqdarda salamat qalmış ağaclarda da məhsulun bu il əlverişsiz hava şəraiti nəticəsində tələf olmasıdır. 300-500 kq əvəzinə 30,40 bəzənsə hətta 5-10 kq məhsul əldə edən kəndli də öz tələbatını qisməndə olsa ödəmək üçün əlində qalmış məhsulu bir qədər baha satmağa məcburdur qalır.
"5 gün" Mikayıl ilə 15.10.2024
"5 gün" Mikayıl ilə 14.10.2024
"Kanal S"in efirində "Xəbərin var"da Şəbnəm və Vəfanın 2 illik küsülülüyünə son qoyuldu 15.10.2024
Məclisi-Şüəra 15.10.2024
Eşitməyən qalmasın 15.10.2024
Şəhid Vüsal Məmmədovun da xatirəsi anılıb
44 günlük Vətən müharibəsindən sonra bizə Zəfər qürurunu yaşadan daha bir igidin- şəhid Vüsal Məmmədovun da xatirəsi anılıb. Yaxınları, ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun şərəfli ömür yoluna nəzər salınıb.
Bildirilib ki, Vüsal Məmmədov Füzuli, Cəbrayıl, Hadrud istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.