Super User
Sözün bitdiyi an 12.02.2025
Göyçay Rayon Mərkəzi Xəstəxanasına dair şikayət
Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan bu video daha çox diqqət çəksə də sağlamlıq mərkəzinin fəaliyyəti barədə kiçik araşdırma etdikdə təşviş doğurucu başqa məqamlar üzə çıxır. Xəstəxananın təmirsiz, antisanitar vəziyyətdə olması bir yana müxtləlif adlarla bərpa və yenidənqurma üçün ayrılan vəsaitin mənimsənilməsi, işləməyən cihazların işlək göstərilməsi və bunun müqabilində əlavə maliyyə ayrılması və korrupsiya ilə bağlı məlumatlar...
Yayılan iddialarla bağlı xəstəxanada isə susurlar. Çəkiliş üçün tibb mərkəzinə daxil olan qrupumuza xəstəxananın içərisində görüntü qeydə almağa icazə verilmədi. Üstəlik hər hansı açıqlama da olmadı. Məsuliyyəti öz boyunlarından ataraq, sualları tabe olduqları quruma- TƏBİB-ə ünlanmağımız istənildi. TƏBİB-in də məsələyə rəsmi mövqe bildirməyə tələsməməsi regiondakı sağlamlıq mərkəzində qeyri sağlam vəziyyətin hələ də davam etdiyi təəssüratını yaradır.
Yanğın təhlükəsinə görə müəssisənin fəaliyyəti dayandırıldı
Balakən şəhərində yerləşən “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsində yoxlama keçirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən müəssisənin fəaliyyəti dayandırılıb.
İlqar Sahil, Vaqif Şıxəliyev, El Şahin, Sərxan Mikayılov, Fərid ""5 gün" Mikayıl ilə"də 12.02.2025
Ellada Eyvazova, Cavidan Novruz və Elvin Əhmədov "Xəbərin var?"da 12.02.2025
Sözün bitdiyi an 11.02.2025
Qəbələdə çaydan qadın meyiti tapılıb
Qəbələdə çaydan qadın meyiti tapılıb. Rayonun Savalan kənd sakini 65 yaşlı Maral Abdurəhmanovanın meyiti Türyançaydan tapılıb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.
Zaqatalada itkin düşən hindistanlı turistin qalıqları tapılıb
“Bəxtiyar sözü Azərbaycan musiqisində”
Şəkidə görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar sözü Azərbaycan musiqisində” adlı yubiley gecəsi keçirilib. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbi və Bəxtiyar Vahabzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub
Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başa çatıb. 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən “Qış nağılı” festivalı öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib.