Super User

Super User

Havalar soyuyar-soyumaz yırtıcıların yaşayış məntəqələrinə hücumları da artıb. Şəkidə bu gün canavarlar iki kənddə sakinlərə hücum edib, 3 nəfərə xəsarət yetirib, həçinin şəxsi təsərrüfatlara, mal-qaraya zərər verib.

Cümə, 13 Dekabr 2024 11:35

Şəkidə iki ailənin evi yanıb

Hadisə şəhərin Vüqar Məmmədov küçəsində baş verib. Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində 48 yaşlı Rövşən Məsimzadəyə məxsus ümumi sahəsi 120 kv/m olan, 3 otaq və iki aynabənddən ibarət evin yanar konstruksiyaları və 52 yaşlı Ruhiyyə İsrafilovaya məxsus ümumi sahəsi 90 kv/m olan 4 otaqlı evin isə dam örtüyünün taxta atmaları 70 kv/m sahədə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Cümə axşamı, 12 Dekabr 2024 16:03

Şəkidə yanğın olub

Hadisə şəhərin Fuad Əbdürrəhmanov küçəsində Məmmədəmin Məmmədova məxsus yaşayış evində baş verib. FHN-in Şəki yanğından mühafizə hissəsinin texnika və şəxsi heyəti əraziyə cəlb edilib. Evin bir otağında tavanın bir hissəsi yanıb, qalan hissələr isə yanğından mühafizə olunub.

Ölkənin hər yerində olduğu kimi Şimal və Şimal-Qərb bölgəsində də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb!



Çərşənbə, 11 Dekabr 2024 16:23

60 illik məktəb ölüm ayağındadır

60 illik məktəb ölüm ayağındadır Elmin, texnologiyanın sürətlə inkişaf etdiyi 21-ci əsrdə təsəvvür edin ki, şagirdlər istismara yararsız, hətta elektrik enerjisi belə olmayan məktəbdə təhsil alırlar. Bu da azmış kimi qışda soyuq, yazda, ilan və gəmiricilər təhsilin normal təmin edilməsinə ciddi maneə törədir. Söhbət Zaqatalanın Kəpənəkçi kənd məktəbindən gedir. Təəssüf ki, sujetdə məktəbin içərisini tam şəkildə görə bilməyəcəksiz. Nədənsə aidiyyatı qurumlar bizim çəkilişimizin tədris prosesinə mane olduğunu düşündülər. Halbuki 3 ildir şagirdlər işığı olmayan qaranlıq otaqlarda, tavanı hər an başlarına düşəcək, döşəməsindən ilan çıxan sinif otaqlarında yetərincə maneə ilə dərs keçmirlərmi ?! Xülasə, valideynlərin müraciət əsasında məktəbin vəziyyətini çəkib göstərməyə çalışmışıq, izləyək...

Qobustanda Şəhid Vüsal Şəhriyarovun doğum günündə xatirəsi anılıb. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyəti iştirak edib. Çıxış edənlər Vüsalın qısa, ancaq şərəfli həyatından, qəhrəmanlıqlarla dolu döyüş yolundan danışıblar. Onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, komanda birliyində xidmət edən Vüsal sakit təbiətli, mehriban, vətənpərvər olub. Xatırladaq ki, 22 yaşlı Vüsal Şəhriyarov 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

152 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S