Super User
Sonaxanım Əliyeva və Leyla Rəhimova "Xəbərin var?"da 16.12.2024
Yollar buz bağladı, hərəkət çətinləşdi
Gecə saatlarından havanın kəskin dəyişməsi, yağan qar və güclü çovğun Bakı-Şamaxı-Yevlax magistralının Qobustan rayonundan keçən hissəsində hərəkəti iflic edib.
100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb. Buzlaşmanın olduğu ərazilərdə hərəkət edən bəzi avtomobillər idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Qəzalar zamanı ölən və xəsarət alanlar olmasa da, avtomobillərə zərər dəyib.
Güclü külək fəsadlar törətdi
Ötən gündən başlayaraq ölkənin şimal-qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti gecə saatlarında daha da güclənib. Nəticədə bir çox ərazilərdə fəsadlar qeydə alınıb. Şəki şəhərində külək Mirzə Fətəli Axundzadə küçəsində ağacı kökündən çıxararaq elektrik naqillərinin üzərinə aşırıb.
Həmçinin rayonun Böyük Dəhnə,Orta Zəyzid, Köbər Zəyzid, Cəyirli, Bolludərə və Şəki kəndlərində vətəndaşlara məxsus hasarlar aşıb, evlərin, tövlələrin dam örtüyü sıradan çıxıb, yol kənarlarında və qəbiristanlıqda irigövdəli ağaclar aşıb.
İsmayıllıda quşların kütləvi ölümü
Son günlər İsmayıllı rayonunun Topçu kəndində ev quşları arasında kütləvi ölüm halları müşahidə edilib. Qısa müddət ərzində 500-ə yaxın ev quşunun tələf olması sakinləri təşvişə salıb. Artıq təsərrüfatların böyük bir hissəsini itirdiklərini deyən sakinlər çarəsiz vəziyyətdə qaldıqlarını bildirirlər.
Şirin serialının kadrarxası | Stop kadr 15.12.2024
Yolumuz Türkiyə 15.12.2024
Müğənni Aygün Məmmədlinin yol qəzası | Yollar bizi ayırmasın 14.12.2024
Rəhman Rəhmanov: Ömrümün son illərini rütubətli evdə keçirmək istəmirəm | Həftənin qonağı 14.12.2024
Azərbaycanın nömrə 1 ulduzu 13.12.2024
Məktəbin istilik problemi nə zaman həll olunacaq?
Şəkinin ucqar kəndlərindən biri olan Baş Küngütdə qış ayları daha sərt keçir. Kənd bir neçə ildir ki, mavi yanacaqla da təmin olunub. Ancaq nədənsə ən vacib yerlərdən birinə- orta məktəbə qaz xətti çəkilməyib. Nəticədə soyuq qış aylarında məktəbi isitmək bir xeyli çətin olur ki, bu valideynləri narahat edir. Davamını sujetdən eşidək...