Super User
Elvin Əhməd, Sevinc Ağaşirinova və Zeyna ""5 gün" Mikayıl ilə"də 24.12.2024
Eşitməyən qalmasın 24.12.2024
Məclisi-Şüəra 24.12.2024
Yeni ili harada keçirməli?
Qarşıdan Yeni il gəlir və hər kəs yeni ili fərqli, yaddaqalan etmək istəyir. Yeni il tətil günlərində dincəlmək istəyənlər üçün fərqli alternativlər var. Ailə içində qeyd edən kim, küçə və meydanlarda ya da yaşadığı ərazidəki müxtəlif restoran, istirahət obyeklərində yeni ili qarşılayan kim. Onu da yada salsaq ki, Azərbaycanda Yeni il bayramı ilə bağlı dekabrın 29-dən yanvarın 5-dək 7 gün iş olmayacaq.
Bir çox insanlar isə yeni il münasibəti ilə qeyri iş günlərini fürsət bilərək regionlara üz tuturlar. Regionlara üz tutan vətəndaşların bir hissəsi otellərdə qalmağa üstünlük verirlər. Məhz bu səbəbdən Azərbaycanda Yeni il qeyd etmək istəyənləri otellərdə gözləyən proqramlar, otellərin bayrama hazırlığı ilə maraqlanmışıq. Birgə izləyək.
Gün Ortası verilişinin kadrarxası | Stop kadr 22.12.2024
Aygün, Taleh, Vüqar Vaqifoğlu & Gülər Kərimli və Rüfət Nasosnu ""5 gün" Mikayıl ilə"də 23.12.2024
Elit Star Cəmilə və Camilla "Xəbərin var?"da 23.12.2024
Eşitməyən qalmasın 23.12.2024
Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama
Balakən rayonu, Poştbinə kəndində və Qax rayonu, Qorağan kəndində yerləşən yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub.
22 yaşlı gənc həmkəndlilərini bıçaqlayıb
Zaqatalada 22 yaşlı gənc həmkəndlilərini bıçaqlayıb. Faldarlı kəndi ərazisində 22 yaşlı Vasif Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndliləri 25 yaşlı Tural Səfərov və Emin Rüstəmova bıçaqla xəsarət yetirib. Xəsarət alan Tural Səfərov əməliyyat olunub, müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Emin Rüstəmovun isə xəsrəti yüngül olduğundan tibbi müdaxilədən sonra evə buraxılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Vasif Kərimov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.