Super User
Eşitməyən qalmasın 28.11.2024
Müğənni Ülviyyə Namazova və Rəvan Qarayev " "5 gün" Mikayıl ilə"də 28.11.2024
"5 gün" Mikayıl ilə 27.11.2024
Müğənni Zeyna və Nigar Fərhad "Xəbərin var?"da 28.11.2024
Bankomatların sayı niyə azdır?
Bank sistemində həllini gözləyən bəzi problemlər vətəndaşları hələ də narahat etməkdədir. Bunlardan biri də bankomatların azlığıdır. Rayon mərkəzinə yaxın kəndlərdə yaşayan insanların bank xidmətlərinə əlçatanlığı olsa da, ucqarlarda adicə bankomatdan pul çəkmək üçün insanlar çətinliklərlə üzləşir. Əlverişsiz hava şəraitində, xüsusən avtobus, maşın tapıb mərkəzə getmək müşkülə çevrilir. Əməkdaşlarımız mövzu ilə bağlı Şəkidə araşdırma aparıb. İzləyək..
Müğənni Aygün Məmmədli və Səidə Dadaşova "Xəbərin var?"da 27.11.2024
Eşitməyən qalmasın 27.11.2024
Saxta südün yoxlanma üsulu | Elə çarə 27.11.2024
Narkotikin təsiri altında qəza törədən sürücü həbs olundu
Şamaxıda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olunub. Qobustan sakini Rövşən Quliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə Şamaxı şəhərində yol nəqliyyat hadisəsi törədib. Sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub. Quliyev barəsində toplanan material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay inzibati qaydada həbs olunub.
Məktəbin voleybol komandası qızıl medal əldə etdi
Qaxda keçirilən voleybol üzrə region birinciliyində qaliblər müəyyənləşib. Yarışda 6 rayon üzrə 8 komanda mübarizə aparıb. Gərgin mübarizənin sonunda Şəki şəhər 8 nömrəli tam orta məktəbin qızlardan ibarət voleybol komandası 1-ci yerə çıxaraq qızıl medala yiyələnib.