Super User
Şəkidə yol qəzası baş verib
Bu gün axşam saatlarında Şəkinin Hüseynqulu Sarabski prospektində “Hyundai” və “Volkswagen” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Şəkidə yol qəzası baş verib
Bu gün axşam saatlarında Şəkinin Hüseynqulu Sarabski prospektində “Hyundai” və “Volkswagen” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Narkotik satan və qanunsuz silah saxlayan şəxs saxlanıldı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb.
Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan 8 kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı 2 ədəd ov tüfəngi aşkarlanıb. Hüseynovun narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Qonaqkənd yolunda sürüşmə təhlükəsi
Şamaxı-Qonaqkənd avtomobil yolunda sürüşmə baş verir. Kəndin yeganə yolunda baş verən sürüşmə nəticəsində gediş-gəliş çətinləşib. Ərazidə asfalt örtüyü çökərək yolun bir hissəsini bağlayıb.
30 yaşlı qadın ölü tapıldı
Zaqatalanın Yengiyan kəndində bir uşaq anası vanna otağında ölü tapılıb. 30 yaşlı Asiyət Babayevanın dəm qazından zəhərlənərək öldüyü hesab edilir. Ailə üzvlərinin məlumatına görə, mərhumun qan azlığı və ürək çatışmazlığı da olub. Əvvəllər də bir neçə dəfə huşunu itirərək yıxılıb.
Ölümün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Asiyət Babayeva Kəpənəkçi kəndində ərdə olub. Hazırda yoldaşından ayrılaraq 2 yaşlı qız övladı ilə anasıgildə yaşayırdı.
İsmayıllının Vaşa kəndində evlər və qəbiristanlıq yandı
İsmayıllının Vaşa kəndində bir evdə başlayan yanğın daha sonra genişlənib. 73 yaşlı Şakir Mustafayevə məxsus ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli fərdi yaşayış evi içərisində olan əşyaları ilə birlikdə, evin qarşısında olan talvar, təndirxana, həyətdəki tövlə tamamilə yanıb. Yanğın genişlənərək qonşuluqda yerləşən Rza Mustafayevə məxsus fərdi yaşayış evinə də keçib.
Nəticədə ümumi sahəsi 40 k/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın daha sonra kənd qəbiristanlığına keçib. Çətin relyefə baxmayaraq əraziyə cəlb edilən FHN-nin xüsusi texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını ala bilib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.
#kanalsxeber