Super User
Aynur Dadaşova: Heç vaxt müğənni olmaq istəməmişəm | Həftənin qonağı 07.12.2024
IV Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb
IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı. Şəki teatrının yaranmasının 145 illiyinə həsr olunan festivalda müxtəlif ölkələrin teatr kollektivləri bir-birindən rəngarəng tamaşaları ilə teatrsevərlərin qonağı olublar.
Şəkidə mağazadan oğurluq edən şəxslər tutulub
Şəkidə mağazaların birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkən obyektdə olan pulun və tütün məmulatlarının naməlum şəxslər tərəfindən talandığını bildirib. Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 26 yaşlı Vüqar Əsgərov və 19 yaşlı Elvin Məmmədovu saxlayıb.
Onlar mağazanın şüşəsini qıraraq içəriyə daxil olduqlarını və ələ keçirdiklərini aralarında böldüklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şəhidin xatirəsi doğum günündə anıldı
Avtomobil idarəetmədən çıxaraq divara çırpıldı
Qaxda yol qəzası olub. Hadisə şəhərin İsmayıl Dağıstanlı küçəsində baş verib. Şəhər sakini Ramin Mustafayev minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə yol kənarındakı divara, daha sonra isə işıq dirəyinə çırpılıb. Sürücü ağır xəsarətlər alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobilin çırpıldığı divar isə uçaraq ərazidəki evlərdən birinə də ziyan vurub.
Kimya dərsində bədbəxt hadisə
Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb. Müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Müğənni Şakir ilə Qubada Qəçrəşdə Kim var, Kim yox? 06.12.2024
Nurlana və Sərkar Şəmkirli ""5 gün" Mikayıl ilə"də 06.12.2024
Müğənni Azad Şabanov və Məryəm Şabanova "Xəbərin var?" da 06.12.2024
Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi konsepsiyası hazırlanıb
Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi çərçivəsində biznes forum keçirilib.