Super User

Super User

Çərşənbə axşamı, 28 Yanvar 2025 15:18

Yengiyan kəndinin 121 yaşlı sakini Rübeydə nənə

Çərşənbə axşamı, 28 Yanvar 2025 11:54

Xalq yazıçısı Anar "Məclisi-Şüəra"da 28.01.2025

Bazar ertəsi, 27 Yanvar 2025 15:32

Evdən oğurluq edən şəxs tutuldu

Zaqatalada evdən oğurluq edən şəxs tutulub.Fındıqlı kəndində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 32 yaşlı Taleh Xəlilov saxlanılıb. O, oğurladığı qızılları satdığını bildirib. Məhkəmənin qərarı ilə Taleh Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Taxıl sahələrində yayılan gəmircilər bu il məhsulu kəskin şəkildə aşağı sala bilər. Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə fermerlər həyəcan təbili çalırlar.

Onların sözlərinə görə, sahələrdə siçanların sayı sürətlə artır və kimyəvi dərmanlama bu artımın qarşısını ala bilmir. Aparılan fitosanitar müşahidələr də sahələrin azı 40 faizində siçanabənzər gəmiricilərin sayının iqtisadi ziyanvurma həddindən yuxarı olduğunu göstərir. Ardını sujetdən öyrənək..

Bazar ertəsi, 27 Yanvar 2025 11:53

58 yaşlı kişi yük avtomobilinin altında qaldı

Şəkidə 58 yaşlı şəxsi yük avtomobili vuraraq öldürüb. Hadisə bu gün səhər saatlarında Şəkinin Pərviz Mustafayev küçəsində baş verib. Belə ki, Firudin Məmmədovun idarə etdiyi "JAC" markalı yük avtomobili geriyə hərəkət edərkən Şəki şəhər sakini 58 yaşlı Ülfət İmamhüseynovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

135 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S