Super User
Avtomobillər qışa necə hazırlanmalıdır?
Qış mövsümünün ən çətin məqamlarından biri qarlı-şaxtalı günlərdə baş verən avtomobil qəzalarıdır. Hər il belə qəzalarda bir çox insan həyatını itirir, insanlara maddi ziyan dəyir. Bu qəzaların səbəbləri arasında sürücülərin avtomobillərini mövsümə hazırlamamaları əsas yer tutur. Havaların soyuması nəqliyyat vasitələrinin qış rejiminə hazırlaması kimi məsələləri gündəmə gətirir. Qarlı və yağışlı hava şəraiti sürücülərdən hazırlıq və təcrübə tələb etdiyi kimi, avtomobilin də fəslə hazır olmasını şərtləndirir. Avtomobillərdə texniki problemlərinin yaranmaması üçün onları qışa necə hazırlayırlar? Araşdırmışıq, izləyək...
Uşaqlara bayram hədiyyələri təqdim edildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə respublikanın bütün ərazilərində, o cümlədən Şəkidə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluqçuları, energetika və digər müəssisələrdə çalışan ittifaq üzvlərinin, şəhid ailələrinin, Qarabağ müharibəsi qaziləri, veteranlar, aztəminatlı ailələrin övladlarına, o cümlədən uşaq evlərinə hədiyyələr təqdim edib.
Xəlil Qaraçöp, Meydan Əsgərov, Arzu Qarabağlı və Zakir Əliyev ""5 gün" Mikayıl ilə"də 20.12.2024
Müğənni Samira Rəcəbli ilə Saray qəsəbəsində "Kim var, Kim yox?" 20.12.2024
Arif Səlimov, Aktrisa Zülfiyyə Qurbanova, Jurnalist Lalə və Məhəmməd |Xəbərin var? da 20.12.2024
Yeni təhsil ocaqları tədrisin keyfiyyətini yüksəldir
Gənclərin savadlı və bacarıqlı yetişmələri birinci növbədə həmin ölkənin təhsil səviyyəsindən asılıdır. Elə Azərbaycanda da bu sahənin inkişafı üçün işlər görülür, dünya təcrübəsindən istifadə edilərək, daha yaxşı nəticələrin əldə olunmasına çalışılır. Oğuzda yeni fəaliyyətə başlamış Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət təmayüllü lisey də buna nümunədir...
Qadın fermerlər avadanlıqlarla təmin olunur
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar tədarük və təchizat” ASC-nin həyata keçirdiyi Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi çərçivəsində qadın fermerlərlə görüşlər davam edir. Aqrar fəaliyyətlə məşğul olan şəkili qadınlar da layihədən dəstək alıblar.