Super User

Super User

Bazar ertəsi, 09 Dekabr 2024 16:06

Məclisi-Şüəra 10.12.2024

Bazar ertəsi, 09 Dekabr 2024 15:56

24 yaşlı gənc həmkəndlisini bıçaqladı

Zaqatalada 24 yaşlı gənc bir yerdə yeyib-içdiyi kişini bıçaqlayıb. Hadisə Mosul kəndində baş verib. 24 yaşlı Seymur Əsgərov aralarında yaranana mübahisə zəminində 30 yaşlı Rasim Əhmədova bıçaqla xəsarətlər yetirib. Polis əməli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Seymur Əsgərov ilkin ifadəsində Rasim Əhmədovu söyüş söydüyü üçün bıçaqladığını bildirib. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Süjetimiz “Şəki”nin eyniadlı basketbol komandası haqqındadır. Azərbaycan Basketbol Liqasında çıxış edərək Şəkini təmsil edən komadanın fəaliyyəti, hədəfləri, qərarlaşdığı mövqeni süjetdən öyrənək...

IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı. Şəki teatrının yaranmasının 145 illiyinə həsr olunan festivalda müxtəlif ölkələrin teatr kollektivləri bir-birindən rəngarəng tamaşaları ilə teatrsevərlərin qonağı olublar.

Şəkidə mağazaların birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkən obyektdə olan pulun və tütün məmulatlarının naməlum şəxslər tərəfindən talandığını bildirib. Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 26 yaşlı Vüqar Əsgərov və 19 yaşlı Elvin Məmmədovu saxlayıb.

Onlar mağazanın şüşəsini qıraraq içəriyə daxil olduqlarını və ələ keçirdiklərini aralarında böldüklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şanlı tariximizə həkk olunmuş 44 günlük Vətən müharibəsinin qəhrəman igidlərindən olan şəhid Elçin Nadirovun xatirəsi anılıb. Şəhidimizin cənnətdəki 37-ci doğum günü münasibətilə keçirilən tədbir Şəkinin Köbər Zəyzid kənd tam orta məktəbinin şəhidin adını daşıdığı 6-cı sinfində baş tutub.
 
Çıxış edənlər Elçin Nadirovun qısa, lakin şərəfli ömür yolundan bəhs ediblər. Şəhidin anası Rəmziyyə Nadirova məktəblilərə üzərində qəhrəmanın şəkli olan döş nişanlarını hədiyyə edib. Məktəb kollektivi də şəhid anasını mükafatlandırıb. Tədbir məktəblilərin vətənpərvərlik ruhunda şeirləri ilə yekunlaşıb.
154 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S