Super User
Sözün bitdiyi an 06.02.2025
Zaqatalada reyd keçirildi
Zaqatalada narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər. Spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.
Xarabalığı xatırladan məktəb!
Təqribən bir ay öncə Zaqatalanın Kəpənəkçi kənd məktəbini göstəmişdik. Burada şagirdlər istismara yararsız, hətta elektrik enerjisi belə olmayan məktəbdə təhsil alırlar.
Aradan keçən müddətdə adiyyatı qurumlar tərəfindən hansısa addımlar atıbmı? Mövzuya yenidən qayıdaraq, xarabalığı xatırladan bu məktəbin nə vaxt təhsilə uğyunlaşdırılacağını öyrənməyə çalışmışıq...
Narkotik satanlar tutulub
Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub. Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"5 gün" Mikayıl ilə 06.02.2025
Mədinə Məlik və Kamil Cəfərov "Xəbərin var?"da 06.02.2025
Sözün bitdiyi an 05.02.2025
Şamaxıda qanvermə aksiyası keçirilib
Şamaxıda Rayon Mərkəzi Xəstəxanası və Milli Hematologiya və Transfuziologiya Mərkəzi irsi və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım məqsədilə qanvermə aksiyası təşkil edib.
Şəkili idmançıların növbəti uğuru
Şəkili idmançılar daha bir yarışdan uğurlu nəticə ilə qayıdıb. Bakıda MMA, qrapplinq və pankration idman növləri üzrə respublika çempionatı keçirilib. Çempionatda Şəki 6 idmançı ilə təmsil olunub. Gərgin mübarizədən şəkili idmançılar uğurla ayrılmağı bacarıb. Onlardan 3-ü qızıl, 1-i gümüş, 2-si isə bürünc medala yiyələnib.