Super User

Super User

Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub. Rayon Polisi narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatovu saxlayıb. Ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə İlham Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Festivallar şəhəri kimi tanınan qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir. Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalına start verilib. Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Bazar ertəsi, 02 Dekabr 2024 05:51

Eşitməyən qalmasın 02.12.2024

Dekabrın 1-dən 5-dək Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunan IV Beynəlxalq Teatr Festivalı keçiriləcək. Beynəlxalq festivalda müxtəlif ölkələrdən təşrif buyuran və yerli teatrlar öz tamaşaları ilə təmsil olunacaq. Festivalın açılış günündə Şəki Dövlət Dram Teatrının görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirdiyi eyni adlı tamaşa nümayiş olunacaq.

Premyerası olacaq tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, və digərləri ifa edirlər.


Şamaxıda Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışında təqsirli bilinən 41 yaşlı Cavad Fəhradov saxlanılıb. Ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. Cavad Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cümə, 29 Noyabr 2024 17:17

Çoban sənətinə maraq azalıb...

Növbəti sujetdə peşələrin ən qədimindən - çobanlıqdan bəhs edəcəyik... Asan görünən bu peşənin əslində xeyli çətinlikləri var. Zarafat deyil, yağış, qar demədən sürünü vəhşi heyvanlardan qorumaq, düzgün qulluq etməklə çoxlu bala əldə etmək, bir sözlə, ömrünü dağda-dərədə keçirməkdir çoban olmaq. Bəlkə də elə bu çətinliklərə görədir ki, indi sahibkarlar qoyun sürülərini etibar edəcək adam tapmaqda çətinlik çəkirlər.

Cümə, 29 Noyabr 2024 17:03

Şamaxıda qızıl payız

157 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S