Super User

Super User

Cümə axşamı, 12 İyun 2025 15:50

“Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Rayon administrasiyası, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Qurtuluşdan zəfərə” adlı videoçarx nümayiş olunub. Rəsmi hissədə çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixində Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar. Vurğulanıb ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində düşdüyü iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Tədbirin sonunda rayon ictimai siyasi həyatında fəal iştirakına görə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov, Böyük Britaniyada keçirilən “Qızıl istedad müsabiqəsi 2025”-in qalibi olan gənc musiqiçi Ayan Əhmədzadə fəxri fərman və hədiyyələrlə təltif ediliblər.

Cümə axşamı, 12 İyun 2025 15:39

Arxeoloji qazıntılar davam etdirilir

Ağsuda Şıxməzid Xanəgah kompleksində aparılan arxeoloji qazıntılarda yeni tarixi faktlar üzə çıxıb. Türk dünyasının mühüm dini-mədəni abidəsi kompleks tədqiqat mərhələsindədir.

Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirilib. Ölkədə əkilən 2600 hektar tütün sahələrinin 98%-i Şəki-Zaqatala regionunda yerləşdiyindən aqrar sığorta ödənişləri də bu regiondakı fermerlərə edilib.

Çərşənbə, 11 İyun 2025 13:28

"5 gün" Mikayıl ilə" 11.06.2025

Çərşənbə axşamı, 10 İyun 2025 15:06

Şair-publisist Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib

Şəkidə müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin, Milli Elmlər Akademiyasının, Yazıçılar Birliyinin üzvləri, ziyalılar iştirak ediblər. Şairin kitablarından ibarət sərgi ilə tanışlıq olub. Yubiley tədbirində çıxış edənlər Şəkinin görkəmli şəxsiyyətləri, istedadlı insanları ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində önəmli rol oynadığını, belə şəxslərdən birinin də məhsuldar və istedadlı qələm ustası Vaqif Aslan olduğunu bildiriblər. Həmçinin çıxış edənlər şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, onun haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər. 75 illik yubileyi münasibətilə yubilyara mükafatlar və xatirə hədiyyələri təqdim edilib. Tədbirin bədii hissəsində Vaqif Aslanın şeirləri səsləndirilib, 4 saylı Uşaq musiqi məktəbinin təqdimatında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

83 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S