Super User
“Qloballaşan dünyada din siyasəti: Yeni reallıqlar və perspektivlər”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans təşkil olunub. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Milli Elmlər Akademiyası və İlahiyyat İnstitutunun, yerli hüquq mühafizə orqanlarının rəsmiləri, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova "Məclisi-Şüəra"da 22.04.2025
Rüfət Nasosnu, Nara, Mehriban Qənbərova, Gülnar "5 gün" Mikayıl ilə"də 24.04.2025
Zeyna və Nihad Məlik "Xəbərin var?"da 24.04.2025
Rəsul Kazımov, Məzahir Azər, Elvin Əhməd, Ali Pormehr "5 gün" Mikayıl ilə"də 23.04.2025
Sərxoş sürücü zəncirvari qəza törətdi
Zaqatalada zəncirvari yol qəzası baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxıda qadın qətlə yetirilib
Şamaxıda qətl hadisəsi baş verib. Məlumata görə, ər arvadını şəhər qəbiristanlığında öldürüb. Rayon sakini, 41 yaşlı Vüsal Hidayətov həyat yoldaşı 29 yaşlı Sevda Hidayətovanı qətlə yetirməkdə şübhəli bilinir. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Vüsal Hidayətov saxlanılaraq istintaqa təhvil verilib.
“Zəfərdən zəfərə gedən yol”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.
Məktəblilər arasında bilik yarışı
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində şimal-qərb bölgəsinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional bilik yarışı keçirilib.
Cabanı–Əngəxaran yolunda çatlar dərinləşir, hərəkət təhlükə altındadır
Şamaxı rayonunda torpaq sürüşməsi qeydə alınıb. Cabanı–Əngəxaran avtomobil yolunun 11-ci kilometrliyində yol çöküb. Nəticədə nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.