Super User

Super User

Şəkidə ağır yol qəzası baş verib, ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb. Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 44 yaşlı Şəki şəhər sakini Təvəkkül Şiralıyev “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Təvəkkül Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 9 yaşlı Kənan Şirəlizadə və azyaşlının xalası oğlu 15 yaşlı Fəqan Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Şəki Dövlət Dram Teatrı bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirməkdə davam edir. Bu dəfə Xalq yazıçısı Anarın "Gürcü familiyası" hekayəsi əsasında səhnələşdirilən "O uzaq axşam..." tamaşası teatrsevərlərə təqdim dilib. Tamaşa iki insanın - Əsmər və Oktayın taleyindən bəhs edir.

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirin bədii hissəsində aşıq musiqisi səsləndirilib, yallı ifa olunub, Qərbi Azərbaycanın zəngin mətbəxi nümayiş etdirilib, mədəni irsi əks etdirən sərgi təşkil olunub.

Bazar ertəsi, 21 Aprel 2025 15:07

Zaqatalada doğuş zamanı körpə öldü

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib. Muxax kənd sakini 33 yaşlı Günel Əliyeva 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. Ailə üzvlərinin verdiyi məlumata görə, G.Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova tərəfindən qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verilib.

87 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S