Super User

Super User

Şəki şəhərində inklüziv sosial-mədəni tədbir təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi “Birgə Gün” adlanan tədbirdə uşaq evinin azyaşlı sakinləri, evdə sosial xidmət göstərilən ahıllar, əlilliyi olan şəxslər və həssas kateqoriyadan olan digər vətəndaşlar iştirak ediblər.

Cümə axşamı, 22 May 2025 15:50

Şamaxıda "həyəcan siqnalı" verilib

Bu gün Şamaxıda "həyəcan siqnalı" verilib. Fövqəladə vəziyyət yaranıb, dağıntılar altında qalan insanlar təxliyyə edilib, yaralılara ilkin tibbi yardım göstərilib....Bütün bunlar FHN-in Kompleks Mülki müdafiə təlimləri çərçivəsində şərti olaraq yaşanıb

Çərşənbə, 21 May 2025 16:21

Şəkidə yeni şəlalə qeydə alınıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Böyük Qoruq dağlarının şimal yamacında səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən yeni şəlaləni müəyyənləşdiriblər. Hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlalənin ətrafı boz qayalıq relyef olduğu üçün şəlaləyə “Boz qaya şəlaləsi” adı verilib. Şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub.

Çərşənbə, 21 May 2025 16:05

Şəkidə iki avtomobil toqquşub

Şəkidə iki avtomobil toqquşub. Hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistralının Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib. 65 yaşlı Səfiyev Özbəkin idarə etdiyi "Toyota Prado" markalı avtomobil 53 yaşlı İbrahim Həmidovun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 21099" yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində silsilə tədbirlər davam etdirilir. Bu dəfə Şəki-Zaqatala və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaşda konsert keçirilib...

90 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S