Super User
İbrahim Borçalı ilə Bakıxanov qəsəbəsində Kim var, Kim yox? 19.04.2025
Afaqla Onlar verilişinin kadrarxası | Stop kadr 20.04.2025
Əməkdar artist Ədalət Şükürovun yol qəzası | Yollar bizi ayırmasın 19.04.2025
Səmra bu dəfə özünü vizajist kimi sınadı | Səmranın günü 19.04.2025
Çox sayda nöqsanın olduğu şadlıq evi bağlandı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb. Şamaxı şəhərində yerləşən “Şamo” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub .
"Konstitusiya və Suverenlik İli" münasibətilə tədbir keçirilib
Şəkidə "Konstitusiya və Suverenlik İli" münasibətilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ərazi partiya təşkilat sədrləri, partiya fəalları, idarə və təşkilat rəhbərləri iştirak edib.
Yağışın yaratdığı fəsadlar
Şamaxının Hüseyn Ciddi küçəsində yaşayan sakinlərin bir qismini hər yağış yağanda qorxu bürüyür. Dağlardan axan sel suları yola və təsərrüfatlara ciddi şəkildə ziyan vurur. Aidiyyatı yerlərə müraciət etsələr də bir nəticəsi olmadığından bu dəfə problemlərini bizə danışıblar. İzləyək..