Super User
Müğənni Vüsal Hacıyev və aktrisa Cəmilə Tağızadə "Xəbərin var?"da 08.04.2025
İsmayıllıda tövlə yandı, bir baş heyvan tələf oldu
İsmayıllı rayonun Qalıncaq kəndində tövlə yanıb. Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları cəlb olunub. Yanğın zamanı 49 yaşlı Elsevər Abdulova məxsus tövlənin dam örtüyünün yanar konstruksiyaları, 5 ton ot və bir ədəd iribuynuzlu heyvan yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Fakt araşdırılır.
Şəkidə könüllülərin özünümüdafiə bacarıqları artırılır
Şəkidə könüllülərin özünümüdafiə bacarıqlarının artırılması üçün təlim-məşq toplanışı keçirilib. Şəki Olimpiya İdman Kompleksində keçirilən toplanışda məşqçilər Şəki “ASAN Xidmət” kompleksinin könüllülərinə özünümüdafiə təlimi keçirib, onlara özlərini qorumaq üçün xüsusi fənd üsulları öyrədiblər. Daha sonra toplanışda iştirak edən bir qrup şəxs diplom və vəsiqələrlə təltif olunub.
Qaxda dağda uçqunun fəsadları aradan qaldırılıb
Qaxın Ləkit kəndində, "Mamırlı" şəlaləsi ərazisində dağda baş verən uçqunun fəsadları aradan qaldırılıb. Uçqun səbəbindən əhalinin içməli və suvarma suyunda yaranan fasilə aradan qaldırılıb, yol açılıb...
Sel təhlükəsi olan çaylarda təmizləmə işləri aparılır
Qax rayonunda yaz yağışları öncəsi sel təhlükəsi olan çaylarda təmizləmə işlərinə start verilib. Rayonun suvarma üçün istifadə olunan əsas su kanallarında lildən təmizləmə işləri artıq yekunlaşıb.