Super User

Super User

Ölkənin hər yerində olduğu kimi ən böyük taxılçılıq rayonlarından biri olan Şəkidə taxıl biçini davam edir. Havaların yağıntılı keçməsi digər kənd təsərrüfatı sahələrində məhsuldarlığa mənfi təsir etsə də taxılçılığa müsbət təsir göstərib. İlkin nəticələr məhsuldarlığın, ötən illərə nisbətən yüksək olacağını göstərir.

Şəkidə "VII Beynəlxalq Bəxtiyar Vahabzadə Türk dünyası dil, tarix, mədəniyyət və ədəbiyyat" konfransına start verilib. Bəxtiyar Vahabzadənin ev muzeyinin və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən konfransda Mahmud Kaşğari adına Beynəlxalq Fond, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar institutu, AMEA, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsisələrinin nümayəndələri iştirak ediblər. Konfransın bu ilki mövzusu "Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və millilik" olub. Açılış mərasimində çıxış edənlər, Bəxtiyar Vahabzadənin sözünün qüdrətindən, şairin yaradıcılığının rəngarəngliyindən, həyatın hər sahəsini əhatə etməsindən danışıblar. Türk dünyasının şairinin bütün əsərlərində millilik, vətənpərvərlik motivlərinin ana xətt təşkil etdiyi vurğulanıb. Tədbir Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış mahnıların ifa edildiyi bədii hissə ilə davam edib.

78 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S