Super User

Super User

Mədəniyyət Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib. Layihə çərçivəsində 18-19 iyun tarixlərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumitəhsil məktəblərindən 10-16 yaş arası 600 məktəbli Şəki Dövlət Dram Teatrında “Kitabı-Dədə Qorqud" eposunun ən maraqlı boylarından biri olan “Dəli domrul” tamaşasını izləyəcək. “Dəli Domrul” tamaşası Azərbaycan ədəbiyyatının və ümumilikdə türk dünyasının ən qədim epik abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının eyni adlı boyu əsasında səhnələşdirilib. Tamaşa qəhrəmanlıq, sevgi, cəsarət və ilahi ədalət kimi mövzuları özündə birləşdirir.

Mərhələnin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95 % davamiyyət qeydə alınıb. Əməkdaşlarımız bugünkü prosesi Şəkidə izləyiblər. Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 116 təhsilverən ilk gün imtahan verib, ümumilikdə isə bölgə üzrə 1688 təhsilverən imtahan prosesinə cəlb olunacaq. Qeyd edək ki, Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.

Çərşənbə axşamı, 17 İyun 2025 13:24

Oğul atasına bıçaq xəsarətləri yetirib

İsmayıllıda oğul atasının boğazını kəsməkdə şübhəli bilinir. 31 yaşlı İsmayıllı rayonunun Talıstan kənd sakini Kənan Əzizov aralarında yaranmış mübahisə zamanı atası, 57 yaşlı Bəhlul Əzizova qarın boşluğu və boğaz nahiyəsindən bıçaq xəsarətləri yetirib. Kənd sakinlərinin köməyi ilə yaralı xəstəxanaya yerləşdirilib, əməliyyat olunub. Kənan Əzizov şübhəli şəxs qismində tutulub. Araşdırmalar davam etdirilir...

Çərşənbə axşamı, 17 İyun 2025 13:10

Tövlə içərisindəki heyvanlarla birlikdə yandı...

İsmayıllının Talıstan kəndində tövlə yanıb. Yanğın nəticəsində kənd sakini Qurban Hüseynova məxsus , ümumi sahəsi 90 kv.m olan tövlə və içərisindəki 4 ton ot bağlaması və dörd baş iribuynuzlu mal-qara yanaraq tələf olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər mühafizə edilib.

Çərşənbə axşamı, 17 İyun 2025 12:03

Şəkidə silah və narkotik əməliyyatı

Şəkidə Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidovu saxlayıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə kolları aşkarlanıb. Davam etdirilən tədbirlərlə Nizami Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da saxlanılaraq istintaqa təqdim ediliblər. Vahid Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

80 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S