Super User

Super User

Şamaxıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçilib. Əvvəlcə ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı film nümayiş olunub. Ardınca çıxış edənlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik cəmiyyətin formalaşdırılması və ilk Konstitusiyanın qəbulunun bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayıblar. 1995-ci ildə qəbul olunan Konstitusiyanın ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ olmaqla, insan hüquq və azadlıqlarının təmin olunmasına, hüquqi və dünyəvi dövlətin qurulmasına zəmin yaratdığı bildirilib.

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə Zaqatalada ağacəkmə aksiyası keçirilib. İdarə, müəssiə rəhbərləri, ziyalılar və sadə vətəndaşların qatıldığı aksiya çərçivəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin ərazisində, Veteranlar bağında və digər yerlərdə müxtəlif çiçəklər, güllər, dekorativ və digər ağaclar əkilib.

“Konstitusiya və Suverenlik” ili çərçivəsində Balakəndə “Şimal-Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda “elmi-praktiki konfrans keçirilib. Tədbirdə rayon rəsmiləri, elm xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə işrirakçılar akademik Yaqub Mahmudovun əsərlərindən və Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi, tariximizin müxtəlif dövrlərini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.#kanals

Cümə axşamı, 08 May 2025 16:48

Türk dünyasının böyük söz ustadı

Şəkidə Türk dünyasının böyuk şairi, Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Türk dünyasının böyük söz ustadı" adlı musiqili tədbir keçirilib. Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Bəxtiyar Vahabzadənin ev muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər. Çıxış edənlər bildirib ki, Bəxtiyar Vahabzadə milli ruhun, azadlıq düşüncəsinin səsi olan, xalqını vətənin sevən bir sənətkardır. Onun şeirlərində həm sevgi, həm vətənpərvərlik, həm də həyat həqiqətləri var. Tədbirin bədii hissəsində Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında xalq şari Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnən "Nəğmələr", "Yağma yağış", Nə danışdın nə dindin" və digər mahnıları səsləndirilib.

Cümə axşamı, 08 May 2025 16:40

Qaxda silah-sursat aşkarlanıb

Qaxda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb. Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Çərşənbə, 07 May 2025 17:05

Şəkidə yaşayış evi yanıb

Şəkidə yanğın baş verib. Şəki şəhəri Ə. Haqverdiyev küçəsində Vidadi Həmidova məxsus, ümumi sahəsi 288 kv/m olan ikimərtəbəli fərdi yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub. Yanğın nəticəsində yaşayış evinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Evə bitişik yardımçı tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə, 07 May 2025 17:00

Zaqatalada yanğın olub

Gecə saatlarında Zaqatala şəhəri, Saleh Qocayev küçəsində Nadir Sabir oğlu İsmayılovun yaşadığı evin həyətyanı sahəsindəki, ümumi sahəsi 25 kv/m olan yardımçı tikilidə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

79 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S