Super User
Ümumi cərrah Elçin Əlizadə "Həkimcanlı"da 18.05.2022
Zoğallı quzu | Yeməli 18.05.2022
Kartofu bir də bu üsulla qızardın | Kəndimiz 67-ci veriliş
Xatirə şahmat turnirinin qalibləri müəyyənləşdi...
Şəki şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçıliğı ilə şahmat həvəskarı Elvin Məmmədovun xatirəsinə həsr olunan xatirə şahmat turniri keçirilib. Turnirdə 5 yaş qrupu üzrə 132 şahmatçı fəxri yerlər uğrunda mübarizə aparıblar. İsveçrə sistemiylə keçirilən yarış 9 turdan ibarət olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekununda hər yaş qrupundan oğlan və qız qruplarından ən çox xal toplayan 3 nəfər olmaqla 30 yarışçı kubok, diplom və pul mükafatları ilə təltif ediliblər. Bundan əlavə, ən kiçik yaşlı şahmatçı adına laiq görülən 2 nəfər diplom və kubokla mükafatlandırılıb.
Girdiman çayı Lahıcda avtomobili apardı…
İsmayıllıda avtomobil çayda batıb. Lahıc qəsəbəsində Girdiman çayı Zərnava kəndi istiqamətində hərəkət edən “UAZ” markalı avtomobili aparıb. Hadisə vaxtı avtomobildə olan şəxslər xilas ola bilsələr də, yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş maşın tamamilə yararsız vəziyyətə düşüb. Qeyd edək ki, 800 nəfərdən çox əhalisi olan Zərnava kəndinə yay mövsümündə yolsuzluq üçün nəzərdə tutulmuş avtomobillərlə, qış mövsümündə isə 8 km məsafədə atla və ya piyada getmək mümkündür. Piyadalar kəndə gedərkən Girdiman çayı üzərində olan məşhur asma körpüdən istifadə edirlər.
Şəhidlərin xatirəsi əbədiləşdirildi...
Şəkinin Aşağı Layısqı kəndində Vətən uğrunda canından keçən 4 şəhidimizin xatirəsi əbədiləşdirilib. Bu məqsədlə kənddə xatirə bulaq kompleksi istifadəyə verilib. Tədbirdə ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, qazilər iştirak ediblər. Çıxış edənlər vətən oğullarının qəhrəmanlığından, qorxmazlığından, ordumuzun əzmindən danışıb, şəhidlərlə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, belə fədakar igidlərimizin xatirəsi heç zaman unudulmayacaq. Rəsmi hissədən sonra şagirdlərin ifasında vətənpərvəlik ruhunda şeirlər səsləndirilib.
Otorinolarinqoloq Aynur Hacıyeva "Həkimcanlı"da 17.05.2022
Hər kəsin hazırlaya biləcəyi yumurtalı çörək | Kəndimiz 66-cı veriliş
Şirəli Quzu resepti | Yeməli 17.05.2022
Peşələr festivalına start verildi…
“Öyrən, Əylən, Peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək olunacaq. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaq. Layihə çərcivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib. Eskpertlər iştirakçılara düzgün peşə seçimi, işçi qüvvəsinə olan tələblər, eləcə də peşələr haqqında məlumatı əyani şəkildə yoxlamaq fürsəti yaradıb. Növbəti festival 17 may 2022-ci il tarixində, Sumqayıt şəhərində baş tutacaq. Festivalda iştirak ödənişsizdir.