Super User
Qobustanda Kempo idman növü üzrə I Açıq Respublika Turniri keçirilib…
Turnir Vətən müharibəsi qəhrəmanı Elyar Vəliyevin və Qobustan rayon şəhidlərinin xatirəsinə həsr olunub. Yarış Qobustan şəhər Olimpiya İdman kompleksində baş tutub. İlk olaraq himnimiz səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və İdman nazirliyi, Qocyu-Ruy, Karate Do və Kobudo Kempo idman növləri federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirə 15 rayondan 20 komanda 400 idmançı ilə qatılıb. Hər çəki dərəcəsi üzrə ilk 3 yeri tutan idmançılar diplom və medallarla təltif olunublar. Turnirin qalibləri Paytaxt Bakıda keçiriləcək Dünya çempionatına lisenziya qazanıblar.
Görmə əngəlli Rübabə Mahmudovanın arzu dolu həyatı | Onun Yolu
Azərbaycanda vəkillər və vəkillik fəaliyyəti | Zamanında 18.04.2022
Hacı Dayının Nəvələri 21-ci Bölüm
Doyumlu şabalıdlı can əti | Yeməli 33-cü veriliş
Ətri, rəngi, ləzzəti möhtəşəm un halvası | Kəndimiz 46-cı veriliş
Zaqatalada baş verən qətlin təfərrüatı məlum olub...
Daha bir ailə münaqişəsi qətl ilə yekunlaşıb. Hadisə gecə saatlarında Zaqatalanın Yuxarı Çardaqlar kəndində baş verib. Kənd sakini 37 yaşlı Qılman Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün də boğaz nahiyəsini kəsərək intihar edib. İlkin araşdırma zamanı qətlin bəzi təfərrüatları məlum olub. Xavər Həsənova Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyirmiş. Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiyada yaşayıb. O, bir müddət əvvəl Zaqatalaya qayıdıb. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
Yüksək təzyiq həyatımıza necə təsir edir | Doktor Mən 17.04.2022
Ümumşəhər iməciliyi keçirilib...
Şəkidə ümumşəhər iməciliyi keçirilib. İməcilik zamanı Şəkinin bir sıra ərazilərində, təmizlik və abadlıq işləri aparılıb. Yolların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlər də yaxından iştirak ediblər.
“Zəfər tariximizi yaşadaq”
Vətən müharibəsi qəhrəmanı, kapitan İsmayıl Səmədovun adını daşıyan Zaqatala şəhər 5 saylı tam orta məktəbində “Zəfər tariximizi yaşadaq” adlı tədbir keçirilib. Tədbirə Rayon İcra Hakimiyyətinin,Təhsil Şöbəsinin nümayəndələri, 44 günlük Vətən müharibəsində iştirak edən qazilər və qəhrəman şəhidimiz İsmayıl Səmədovun ailəsi qatılıb. Çıxış edənlər Vətən müharibəsindən danışaraq, bu şanlı tarixin hər bir azərbaycanlı üçün qürur yaddaşı olduğunu qeyd ediblər. Vurğulanıb ki, ali baş komandanın başçılığı ilə dəmir yumruq kimi birləşən Azərbaycan xalqı düşmənə layiqli cavabını verib. Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinin vacibliyini də qeyd olunub. Tədbir şagirdlərin hazırladığı ədəbi -bədii kompazisiya ilə davam edib .