Super User
"Şəki kuboku-2022" futzal turnirinə start verilib…
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku – 2022” turniri start götürüb. Turnirin açılış mərasimdə şəhərin rəhbər şəxsləri, komandalar və ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, turnirin keçirilməsində əsas məqsəd Ümummilli liderin xatirəsini anmaq, təşkilatlar arasında dostluq münasibətləri formalaşdırmaqdır. Dövlət himninin səslənməsilə turnir açıq elan olunub. İlk oyun Şəki şəhər icra hamiyyətinin komandası ilə “Marxal” komandası arasında baş tutub. Qeyd edək ki, 4 qrupda 20 komandanın mübarizə aparacağı turnir mayın 10-dək davam edəcək.
Evdə ilk müalicə üsulu: antibiotik
Antibiotiklər – bakteriyaların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. Hansı ki, antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insan ölümünün əsas səbəbi idi. İlk vaxtlar bir sıra ağır bakterial xəstəliklərin müalicəsi kimi istifadə olunan antibiotiklər hazırda bəsit qrip zamanı belə insanlar tərəfindən müraciət olunan ilk ünvandır. Əksər xəstəlikdə xilaskar kimi gördüyümüz bu dərman vasitələri bir çox yan təsirlərə də malikdir. Mütəxəssislər bildirirlər ki, antibiotiklərdən istifadə orqanizmdəki bakteriyaları məhv etsə də, onun uzun müddət və yersiz istifadəsi həzm pozğunluğu, bağırsaqlarda narahatlıqla nəticələnə, mərkəzi sinir sistemində bəzi nasazlıqlara səbəb ola bilər. Həkim xüsusilə vurğulayır ki, antibiotiklərdən daimi istifadə etmək olmaz, çünki bu zaman orqanizmdə ona qarşı immunitet yaranır. Bununla da orqanizmimiz bir çox infeksiyalar qarşısında müdafiəsiz vəziyyətə düşür. Ancaq təəsüf ki, bir çox vətəndaş müxtəlif səbəb və bəhanələr gətirərək həkimə müraciət etməkdənsə özləri özlərini sağaltmağa üstünlük verir. Əsas da valideynlər uşaq xəstələnən kimi ilk olaraq antibiotiklərə üz tutur. Halbuki uşağın tez sağlamlığına qovuşması üçün yardım etdiyini düşünən valideynlər ona daha çox ziyan verdiyini düşünmürlər. Dünyanın bir çox ölkəsində sərbəst şəkildə antibiotik almaq mümkün deyil. Antibiotiklər yalnız resept əsasında təyin edilir və həkimin məsləhəti əsasında istifadə edilir. Odur ki, hətta ölümə belə yol açan bu dərmanlardan düzgün və təyinatına uyğun şəkildə istifadə etmək, xeyrini görmək üçün həkimə müraciət etmək önəmlidir.
Taxıl sahələrində mübarizə tədbirləri...
Şəkidə fermerlərlə maarifləndirici seminar keçirilib. Yaz aylarında taxıl sahələrində alaq otlarına qarşı mübarizənin aparılmasına həsr edilmiş seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, 1300 hekar sahədə bu günə qədər siçanabənzər gəmiricilərə qarşı müabrizə tədbirləri görülüb. 25 min hektardan çox sahədə alaq otlarına qarşı mübarizə aparılıb və bu, davam etməkdədir. Seminarda taxıl sahəsində istifadə edilən preparatlar barədə məlumat verilib. Həmçinin dərmanın vurulma qaydaları əyani şəkildə göstərilib. Bildirilib ki, əgər sahəni 5-10% alaq otları basırsa, bu ən azı 10-15% məhsul itkisi deməkdir. Ona görə də mübarizəni həm vaxtında, həm də düzgün şəkildə aparmaq lazımdır. Həmçinin sahələrin dərmanlanması zamanı təhlükəsizlik qaydalarına mütləq şəkildə riayət edilməlidir. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
9-cu siniflərin buraxılış imtahanı...
Bu gün ölkənin 12 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1750 imtahan zalı ayrılıb. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün imtahan nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Bu gün, həmçinin tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər. Əməkdaşlarımız prosesi Qax rayonunda izləyib. Qaxda keçirilən buraxılış imtahanında 618 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 58 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 49 zal ayrılıb. Çəkiliş apardığımız Tofiq İsmayılov adına 5 saylı orta məktəbdə bir şagirddə telefon aşkar olunduğundan, o, imtahandan xaric edilib.
Qadın ərini bıçaqladı...
Zaqatalada qadın ərini bıçaqlayıb. Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Səma Qurbanova kəsici alətlə həyat Səməd Qurbanovun qoluna xəsarət yetirib. Səməd Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Travmatoloq-ortoped Cavid İsmayilov "Həkimcanlı"da 16.04.2022
10 kamera ilə 200 dəqiqəyə çəkilən film | Kanal S-inema
Musiqi ilə nəfəs alan Zaqatalanın ağ adamları | Onun Yolu
Könlü balıq istəyənin, quyruğu suda gərək! | Eldən Çölə 6-cı veriliş
Təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirilib...
Qəbələdə təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı 13 rayonun sahibkar və fermerləri ilə görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, rayon icra hakimiyyətlərinin, "Azərişıq" və "Azəriqaz" ASC-lərin rəsmi nümayəndələrinin iştirak etdiyi görüşdə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışılıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulanıb. Bildirilib ki, taxıl əkini respublikamızın ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də aidiyyəti qurumlarla birlikdə taxıl sahələrinin yanğından qorunmasını təmin etmək üçün əlimizdən gələni etməliyik. Ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu diqqətə çatdırılıb. Yanğınların digər əkin sahələrinə, meşəlik ərazilərə, ətrafdakı tikililərə, ərazidən keçən yüksəkgərginlikli elektrik xətlərinə ciddi zərərvurma ehtimalının olduğu da vurğulanıb. Yanğın hallarının qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilib. Sonda o da vurğulanıb ki, ölkə üzrə bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilib-edilməməsi ilə bağlı yoxlamalar aparılacaq. Təhlükəsizlik qaydalarını pozan şəxslər cəzalandırılacaq.