Super User

Super User

Şəkidə hərbi vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib. Rayon administrasiyasının, ziyalıların, gənclərin və məktəblilərin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib. Çıxış edənlər vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövlətçilik tariximizin şanlı səhifəsidir. Bildirilib ki, Şəki rayonu üzrə 347 nəfər torpaqlarımızın azad olunması uğrunda döyüşüb ki, onlardan 57 nəfəri  şəhidi olub. Qazanılan Qələbədə Xüsusi Təyinatlı Qüvvələrin böyük rolundan da danışılıb. Sonda  xüsusi təyinatlıların Vətən müharibəsində rolundan bəhs edən "Kod adı: Yaşma" sənədli filmi nümayiş olunub. 

Cümə, 22 Aprel 2022 19:18

Məsciddən oğurluq edilib...

Zaqatalada müqəddəs Ramazan ayında məsciddən oğruluq olub. Hadisə rayonun Göyəm kənd inzibati ərazisində fəaliyyət göstərən “Çökək” məscidində baş verib. Aprelin 13-dən 15-dək olan müddətdə məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 19 yaşlı Anar Osmanov müəyyən edilərək saxlanılıb.  Anar Osmanovun əvvəllər də yaşadığı Qandax kənd məscidindən oğruluq etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.  

1924-ci ildə tikilərək istifadəyə verilən Amil Qeybullayev adına Çarhan kənd tam orta məktəbi istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətə düşüb. Məktəbin tavanı, döşəməsi çöküb, divarlarında iri yarğanlar əmələ gəlib. 110 şagirdin təhsil aldığı məktəb bu günə kimi bir dəfə də olsun təmir olunmayıb. İki korpusdan ibarət təhsil ocağının 1-ci korpusu tam qəzalı vəziyyətə düşdüyü üçün orada dərslərin keçirilməsi dayandırılıb. Şagirdlər dərslərini növbəli şəkildə binanın digər korpusunda keçmək məcburiyyətində qalıblar. Amma həmin bina da uçma təhlükəsiylə üz-üzədir. Kəndin digər hissəsindəki məktəb binası 1972-ci ildə inşa olunub. Təhsil müəssisəsi tədris üçün yararsız vəziyyətə düşdüyündən məktəb üçün yeni bina tikilərək 2021-ci ildə şagirdlərin istifadəsinə verilib. 5 korpusdan ibarət bina 420 şagirdin təhsil alması üçün nəzərdə tutulsa da, hazırda bu məktəbdə 125 şagird təhsil alır. Bəzi valideynlərsə iddia edirlər ki, övladlarını yeni istifadəyə verilən məktəbə yazdırmaq istəsələr də, qəzalı məktəbin rəhbərliyi sənədləri verməkdən imtina edir. Rəhbərlik isə iddiaları əsassız sayır. Görünən odur ki, problemdən cavabdeh qurumlar xəbərdardı və həlli istiqamətində iş aparırlar. Prosesin nə vaxtadək davam edəcəyi isə məlum deyil.

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən misgərlik mağazasından və evin həyətyanı sahəsindən oğurluq edilib. Naməlum şəxslər ümumi dəyəri 10 000 manata yaxın olan - 400 illik tarixə malik məcmeyini, eləcə də ötən əsrin əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan qardaşlar – Murad və Timur Abdullayevlər və onların tanışı Həsən Qafarzadə saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar oğurluq məqsədilə paytaxtdan İsmayıllı rayonuna gəliblər və burada əməllərini həyata keçirdikdən sonra oğurladıqları mis qabları Bakı şəhərinə apararaq ayrı-ayrı metal qəbulu məntəqələrinə satıblar. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

 

Cümə axşamı, 21 Aprel 2022 12:10

Şamaxı, ey mənim sevimli yurdum | Tur-İzim

627 -dən səhifə 670

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S