Super User
Doğuşdan sonra ananın ölümü ilə bağlı cinayət işi başlanılıb...
Zaqatalada qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı cinayət işi açılıb. Rayonun Çökəkoba kənd sakini 28 yaşlı Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Xatıradaq ki, Rəna Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər. Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Avtovağzalda sıxlıq yaşanır...
Bayram günləri ilə əlaqədar Şəki avtovağzalı gücləndirilmiş iş rejiminə keçib. Digər günlərlə müqayisədə tətilin son günündə avtovağzalda xeyli sıxlıq müşahidə ediləcəyi pranozlaşdırıldığından artıq müəyyən istiqamətlərdə xəttlərə əlavə avtobuslar buraxılıb. Pandemiya ilə əlaqədar olaraq qabaqlayıcı tədbirlərin görülməsi də davam etdirilir. Uzun zamandır bu yolları avtobusla gedib-gələnlər də artıq tətillərdə yaranan sıxlıqdan xəbərdardır. Buna görə də əksər sərnişinlər bileti əvvəlcədən alıblar. Bu gün səhər gəldim aldım biletimi indi də rahatçılıqla yola düşürəm. Tələbəyəm Bakıda oxuyuram. Şəkiyə bayram üçün gəlmişəm. Evdəkiləri görməyə. Bileti dünən aldım. Sıxlıq olacağı üçün qabaqcadan almağa çalışdım. Çünki Bakıdan gələndə çox sıxlıq oldu. Ona görə də daha tez almağa çalışdım. Bileti sragün aldım. Ehtiyatlı olmaq üçün sabah gəlib ayaq üstə qalmamaq üçün çətinlik çəkməmək üçün Bayram günlərində öncədən almalısan yoxsa bilet tapmaq olmur. Qiymət dəyişiklik varıydımı? Yox eyni qiymətdir. Dünəndən almışam qiymətləri də öz qaydasında. Ama bu istismar vaxtı bitən avtobusları dəyişsəydilər yaxşı olardı. Təzələri də var ancaq istimar vaxtı bitənləri də var.
Avtomobillər toqquşdu, xəsarət alanlar var...
Bu gün axşam saatlarında Şəki Qax yolunun Şəkinin Aşağı Göynük kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Vaz 2107 markalı avtomobil Vaz 2108 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Vaz 2108-də olan sürücü 34 yaşlı Ruzigar Məmmədov və sərnişinlər 27 yaşlı Elşən Mürsəlzadə, 29 yaşlı Ülvi İslamlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.
Piyada qarlı yollarla Sarıbaşa doğru | Eldən çölə 3-cü veriliş
Şaxtalı havanın arıçılığa təsiri...
Qışın mülayim keçməsi, ardınca yazın ilk günlərində yağan qar arıçılıq təsərrüfatlarına mənfi təsir edə bilər. Təsərrüfatlarını sağlam və itkisiz yaza çıxarmağa çalışan arıçılar artıq önləyici tədbilər görməyə başlayıb. Arı ailələrini itkidən qorumaq üçün əsas şərt yem bazasına və istiliyə nəzarət etməkdir. Bunun üçün kökə adlanandırılan, içərisinə bal oyulan paketləri pətəklərə qoymaq lazımdır. Bu bal arılar üçün qida olmaqla yanaşı, həm də müalicəvi xarakter daşıyır. Yağıntılı hava şəraiti nəmişlikdən əmələ gələ biləcək bir sıra xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasını da zəruri edir. Arıçıların əsas narahatçılığı ondan ibarətdir ki, şaxtalı hava şəraiti davam edərsə məhsuldarlığa xeyli təsir edəcək. Balın az olması isə qiymətinin artması ilə nəticələnəcək.
“Balaken məktəblilərin düşərgəsi” layihəsi start götürüb
Balakəndə Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş "Məktəblilərin düşərgəsi" layihəsi start götürüb. Layihə çərçivəsində təşkil edilən düşərgədə rayonun müxtlif məktəblərindən müsabiqələr vasitəsi ilə xüsusi seçilən şagirdlər iştirak edir. Belə ki, 100-dən çox şagirdin iştirak etdiyi seçim turundan 30 şagird müsabiqənin hər iki turundan keçərək düşərgədə iştirak etmək hüququ qazanıb. 4 gecə 5 gün davam edəcək düşərgə çərçivəsində günün fəaliyyət planına uyğun olaraq təlimlər, seminarlar, oyunlar və digər tədbirlər nəzərə tutulub. Layihənin əsas məqsədi pandemiyadan sonra şagirdlərin psixoloji durumlarını yaxşılaşdırmaq, asudə vaxtlarını səmərəli keçirmək, düzgün peşə seçimlərinə yönləndirmək, təhsilə olan marağı artıqmaqdır.
Həkim cərrah, endokrinoloq Xəqani Həsənov "Həkimcanlı"da 25.03.2022
5 dəqiqəyə doyumlu "Draniki" resepti | Kəndimiz 30-cu veriliş
Qızardılmış avokado və farel balığı resepti | Yeməli 18-ci veriliş
Novruz bayramı təntənə ilə qeyd edilib...
Şəkidə Novruz Bayramı şənlikləri davam edir. XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində bayram tonqalı alovlandırılıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş edib, pəhləvanlar öz məharətlərini göstəriblər. Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin folklor və rəqs kollektivləri, zurnaçalanlar ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər. Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilər nümayiş olunub. Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Qoruq ərazisində bayram yarmarkası həftənin sonunadək davam edəcək...