Super User
Aydın Sani və Türkan Vəlizadədən maraqlı açıqlamalar | Xəyalə ilə axşam söhbəti
Burhan & Gülanə Xəyalə ile axşam söhbətində
Şabalıdlı quzu | Yeməli 02.05.2022
Hacı Dayının Nəvələri 31-ci Bölüm
Bitkilərə qulluq | Kəndimiz 56-cı veriliş
Musiqi dolu söhbət "Xəyale ilə axşam söhbəti"də
Salam günəş! - Misir | Bəlkə 01.05.2022
Qımır kənd sakinlərinin içməli su problemi ...
Çobankol inzibati ərazi nümayəndəliyinə daxil olan Qımır kəndində sakinlər uzun illərdir içməli su sarıdan əziyyət çəkir. Yaxınlıqdan heç bir çay keçmədiyindən, kənddə mal-qara, toyuq,cücə, həyətlərində əkdikləri əkini sulamaq üçün də elə içməli sudan istifadə edirlər. Suyun tamamilə kəsilməsi isə bayram öncəsi sakinləri çıxılmaz vəziyyətdə qoyub. Kəndi su ilə təmin edən 4 artezyan quyusundan cəmi 1-i işləyir. Digər 3 subarteziyan quyusunun isə fəaliyyəti dayandırılıb. Sakinlərin narazılığına aydınlıq gətirən qurum rəhbəri kəndin böyük əksəriyyətinin borcu olduğundan fərdi kəsim zamanı yol infrastrukturuna zərər verməmək üçün ümumi kəsim etdiklərini bildirdi. Ramazan bayramı ilə əlaqədar isə sakinlərə möhlət verilərək kəndin suları yenidən bərpa ediləcək. Onu da qeyd edək ki, 7 dağ çayının keçdiyi Zaqatalanın əksər ərazilərində əhali içməli su sarıdan əziyyət çəkir. Bunun əsas səbəbi isə rayonun bir çox ərazilərində su xəttlərinin öz istismar müddətini başa vurmasıdır. Yaz-yay aylarında çaylara sel gələn kimi isə su xəttləri sıradan çıxır və aylarla sakinlər içməli suya həsrət qalırlar. Ümid edirik,aidiyyati qurumlar bu məsələni kökündən həll edərək sakinləri isti yay günlərində suya həsrət qoymayacaq.
Ultrasəs müayinəsi zərərlidirmi?
Növbəti buraxılış imtahanı keçirildi…
Bu gün Dövlət İmtahan Mərkəzi Bakının Nəsimi, Nərimanov rayonlarında, Naxçıvanda, Bərdə, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz və Şəkidə 9 illik - orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb. 24 864 şagirdin iştirakı gözlənilən imtahanda 9 nəfər fiziki məhdudiyyətli şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi şərait yaradılıb. İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Əməkdaşlarımız imtahan prosesini Şəkinin 11 saylı tam orta məktəbində izləyiblər. Qanun pozuntusu qeydə alınmayıb.