Super User

Super User

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi davam etdirilir.
 
Yolun bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur. Tikinti işləri aparılarkən məhz bu nüanslar da nəzərə alınır.
 
Artıq yeni yolun tikintisi ilə bu problemlər də aradan qalxacaq. Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisi sürətlə aparılır. Yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2.6 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır.
 
Yolun ilk 2 km-lik ərazisi aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km, Ağsuçaydan sonrakı hissədə isə yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır. Hazırda layihənin ilk 7 km-lik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi də düzbucaqlı suötürücülər inşa edilir.
 
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Qeyd olunan hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri yekunlaşmaq üzrədir.
 
Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
 
Qeyd edək ki, yolun istifadəyə verilməsi nəqliyyat xərclərinin azaldılmasına, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə, qonşu ölkələrlə ticari münasibətlərin və regionda turizmin inkişafına təkan verəcək.
Cümə, 08 Aprel 2022 19:07

Şamaxıda futbol həyəcanı...

Sabah futbol üzrə ölkə çempionatında 4-cü dövrənin oyunlarına start veriləcək. Maraqla gözlənilən qarşılaşmalardan biri Şamaxıda baş tutacaq. Şəhərin eyniadlı komandası Neftçini qəbul edəcək. Şamaxıda uzun illərdən sonra yaşanacaq futbol həyəcanına hazırlıq işləri artıq yekunlaşıb. Rayonda futbola böyük maraq var. Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmisi Rəşad Əliyev bildirib ki, satışa 1500 bilet təqdim olunmuşdu və hamısı satılıb. Hətta əlavə bilet tədarükü planlaşdırılır. Rayonda abu-havanın yüksək olduğunu bildirən Rəşad Əliyev sabah böyük izdiham gözlənildiyini deyib.

Cümə, 08 Aprel 2022 19:03

Lahıcda torpaq uçqunu…

Torpaq uçqunu İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib. Son bir ayda rayona yağan qar və yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb. Nəticədə  avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub, hərəkət bərpa edilib. Bununla belə ərazidə güclü külək müşahidə olunur. Küləyin xırda daşların yola doğru tökülməsinə səbəb ola biləcəyi ehtimalı nəzərə alınaraq Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikalardan ibarət qrupu ərazini nəzarət altında saxlayır.  

Cümə, 08 Aprel 2022 18:26

Təbiət "qatilləri" iş başında...

100-dən çox ağac kəsilib, bəziləri isə yandırılıb....Görüntülər Şamaxı rayonunun Muğanlı kəndindəki meşə massivindəndir.  Kəsilən və ya yandırılan ağacların əksəriyyəti əsasən palıd və vələs ağaclarıdır. Kənd sakinlərinin iddiasına görə ağaclar kəsilirək, kömür istehsalı üçün aparılır.  Ağacların kəsilməsi ilə təbiətə vurulan ziyan bir tərəfə, həm də həmin ağaclardan qanunsuz olaraq kömür hazırlayırlar ki, nəticədə ekologiyaya da ziyan vurulur. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət etdiklərini bildiridiər. Elə biz də kəndə yayılan tüstünün izinə düşərək üz tutduq kömür yandırıldığı iddia edilən həmin evə. Ev sahibi isə kömür deyil, saman yandırdıqlarını bildirdi.  Məşədən odun kəsilməsinə gəlincə, ev sahibi bu iddianı da rədd etdi. Hər halda ortada fakt var ki, ağaclar kəsilib, yandırılıb, meşə fonduna ciddi ziyan dəyib.  Çəkiliş apardığımızdan xəbər tutan Ekalogiya və Təbii sərvətlər nazirliyinin regional idarəsinin əməkdaşları da əraziyə gəlib,  kəsilən ağaclara baxış keçirdilər.  Nazirliyin sözçüsü  İradə İbrahimova isə məsələylə bağlı araşdırmalara başlanıldığını və nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirdi.

637 -dən səhifə 670

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S