Super User
6 otaqlı ev külə döndü…
İsmayıllı rayonunda yanğın olub. Hadisə bu gün saat 16 radələrində rayonun Qoşakənd kənd sakini, Rafael Nəsibova məxsus ümumi sahəsi 120 kvadratmetr olan 6 otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içəridəki əşyalar, eləcə də yaxınlıqdakı tövlənin dam örtüyünün yanar konstruksiyaları və talvarın altına yığılan 3 ton ot bağlamasının 60 kiloqramı yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şəkidə qohumunun evindən bank kartlarını oğurlayan şəxs saxlanılıb...
Hamiləlik zamanı ürəkbulanmanı azaldan qidalar | Həkimcanlı 06.04.2022
Neşve - çoban qovurması | Yeməli 25-ci veriliş
Uşaq cərrahi Pərvin Babayev "Həkimcanlı"da 05.04.2022
Südlü umac resepti | Kəndimiz 38-ci veriliş
MH370 - 2 Pilot, 10 Ekipaj üzvü, 227 nəfərin müəmmalı sonu | Sirlər 19.03.2022
Şəhidin doğum günündə xatirəsi anılıb...
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş xüsusi təyinatlı İbrahim Məmmədovun doğum günü məzarı başında qeyd olunub. 37 yaşını cənnətdə qeyd edən şəhidin ailəsi, yaxınları, qazilər onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan qürurla danışılıb. Bildirilib ki, Xüsusi təyinatlı qüvvələrin giziri İbrahim Məmmədov Vətən müharibəsində qəhrəmancasına vuruşub, çətin xüsusi əməliyyatları uğurla yerinə yetirib. Ermənilərin qorxulu yuxusuna çevrilən, onlara qan udduran "Canavar" ləqəbli igidimizi Hadrutda göstərdiyi şücaətlərə görə, döyüş yoldaşları Hadrut qəhrəmanı adlandırıblar. Həmçinin İbrahim Məmmədov Füzulidə Azərbaycan bayrağını yüksəldib və azad olunmasını Ali Baş Komandana məruzə edib. Torpaqlarımızın qəsbkarlardan azad edilməsində, qisasımızın alınmasında müstəsna xidmətləri olan şəkili igidimizin həyatı və döyüş yolu tarixin şanlı səhifələrindən biri kimi gələcək nəsillərə nümunə olacaq.
Portağal şirəsində ləzzətli pələngvari krevet | Yeməli 24-cü veriliş
Motosiklet həvəskarı olan kənd sakinləri...
Zaqatalanın mərkəzindən 25 kilometr aralıda yerləşən Danaçı kəndində 9000 sakin yaşayır. Bu ucqar kənddə sakinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi motosikletdir. Sakinlər bu nəqliyyat vasitəsinin hər baxımdan daha sərfəli olduğunu qeyd edir. Normal motosikleti təqribən 2 min manata almaq mümkündür. Daha az yanacaq sərf edən motosiklet həm də digər nəqliyyat vasitələrinin çətinlik çəkdiyi daşlı, kəsəkli, dar yollarda rahat hərəkət edir. Kənddə çox istifadə edilən daha bir nəqliyyat vasitəsi də velosipetdir. Yaşlıdan cavana kəndin əksəriyyəti sağlamlıq üçün faydalı olan bu nəqliyyat vasitəsindən istifadə edir. Ərazi baxımından ən böyük kəndlərdən olan Danaçı kəndində sakinlər öz bağ və əkin sahələri ilə yanaşı, kənddaxili, bəzən də digər yaxın ərazilərə elə motosiklet və velosipetlə gedirlər. Çəkilişimiz zamanı da yüzlərlə sakinin məscidə motosikleti ilə gəldiyinin şahidi olduq. Nəticədə kənd məscidinin önündə maraqlı mənzərə yaranmışdı.