Super User

Super User

Cümə axşamı, 07 Aprel 2022 19:11

Şəkidə avtomobil yanıb…

Bu gün günorta saatlarında Şəki şəhərinin Giləhli məhəlləsində 34 yaşlı Şəhriyar Kərimova məxsus "Mercedes" markalı avtomobil yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Könüllü olaraq, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qatılan İlhamdan ailəsi cəmi bir dəfə məktub ala bilir. 1992-ci ildə İlham Cəbrayılovun ailəsinə övladının itkin düşdüyü xəbəri verilir. Atası İbrahim kişi bala dərdi ilə dünyadan köçür. 30 ildir balasından xəbər gözləyən Fatma ananın indi tək arzusu İlhamın qəbrinin olmasıdır. Deyir ki, əgər Fərruxdan tapılan insan qalıqları içərisində oğlunun da nəşi olsa qurban kəsəcək. Onun nəşini isə atasının yanında dəfn edəcək. Aşkarlanan insan qalıqları nəinki Cəbrayılovlar ailəsinin hətta digər ailələrin də həsrətini vüsala qovuşduracaq. Artıq gözləri yollarda qalmayacaq.

Cümə axşamı, 07 Aprel 2022 18:43

Fındıqlı kəndi mavi yanacaqla təmin olunur…

Rayon mərkəzindən 20 kilometr aralıda yerləşən Zaqatalanın Fındıqlı kəndi uzun müddətdir ki, mavi yanacağa həsrətdir. 1000-ə yaxın əhalisi olan bu kəndin sakinləri  evi isitmək üçün odun və ya fındıq qabığı almalı olurdular. Azəriqaz İstehsalat birliyi tərəfindən aparılan işlərin ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılır. Zaqatala rayonunun 166 təsərrüfatdan ibarət Fındıqlı kəndinə mavi yanacağın verilməsi ilə rayonun qazlaşdırılma faizi 77 faizə çatacaq.

Cümə axşamı, 07 Aprel 2022 08:01

Kürədə Kayseri Tava | Yeməli 26-cı veriliş

Cümə axşamı, 07 Aprel 2022 07:40

Sacda isti fətir | Kəndimiz 39-cu veriliş

Şəhid Asif Məmmədovun doğum günündə ailə üzvləri, dostları, və kənd sakinləri Vətənin qəhrəman oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini bölüşüblər.  Məktəblilər vətənpərvər ruhda şeirlər səsləndirib. Asif Əhmədov 2001-ci ilin aprel ayında Şəkinin Oxud kəndində anadan olub. 2019-cu ilin aprelində Vətən qarşısında öz borcunu yerinə yetirmək üçün qürurla hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini başa vurmasına 2 gün qalmış Vətən müharibəsi başlayıb. Asif də minlərlə vətən oğlu kimi döyüşlərə qatılıb , Füzuli, Xocavənd istiqamətlərində vuruşub. Yaxınları Asifin müsbət keyfiyyətlərindən, vətənə bağlılığından, yardımsevər olmasından ağız dolusu danışırlar. Xatırladaq ki, 19 yaşlı qəhrəman Vətən torpaqlarının işğalçılardan geri qaytarılması üçün son nəfəsinə kimi mübarizəsini davam etdirib və 2020-ci ilin oktyabrın 21-i Füzulidə qəhrəmancasına şəhid olub. Asif Əhmədov ölümündən sonra döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Çərşənbə, 06 Aprel 2022 18:13

6 otaqlı ev külə döndü…

İsmayıllı rayonunda yanğın olub. Hadisə bu gün saat 16 radələrində rayonun Qoşakənd kənd sakini,  Rafael Nəsibova məxsus ümumi sahəsi 120 kvadratmetr olan 6 otaqlı evdə baş verib.  Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içəridəki əşyalar, eləcə də yaxınlıqdakı  tövlənin dam örtüyünün yanar konstruksiyaları və  talvarın altına yığılan 3 ton ot bağlamasının 60 kiloqramı yanıb.  Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Zərərçəkən ona məxsus planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və İsmayıl Tahirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
581 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S