Super User

Super User

Çərşənbə axşamı, 12 Aprel 2022 11:47

Uçmuş divar təhlükə törətdi...

Şəkidə sakini Teyyub Məmmədova məxsus evin həyətyanı sahəsinin divarı torpaq sürüşməsi nəticəsində uçub. Ərazidən keçən yol bağlanıb, elektrik dirəkləri aşıb, qaz xətti zədələnib. Divarın uçması evə də ziyan vurub. Evin divarlarında çatlar yaranıb və dəmir dirəklərdən biri yerindən çıxıb. Teyyub Məmmədov evin uçmasından ehtiyyat etdiyini  deyir. Zərərçəkənin sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlara da müraciət edib. Ancaq hələlik baxış keçirən olmayıb. Qəzalı vəziyyətdə olan ev və hər an sürüşə biləcək torpaq qısa zaman ərzində tədbirlər görülməsə faciəyə səbəb ola bilər.

Çərşənbə axşamı, 12 Aprel 2022 11:32

Yol polisi reyd keçirdi, piyadalar cərimələndi...

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində reyd keçirib. Hərəkətin intensiv olduğu küçələrdə keçirilən reyd zamanı ərazidə yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

İsmayıllıda özünə qarşı quldurluq edilməsi ilə bağlı polisə yalan ifadə verməyə çalışan şəxsin cinayət əməli ifşa edilib. İsmayıllı rayonu Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını bildirib. Gözətçinin dediyinə görə,maskalı naməlum şəxslər onu döyərək daha sonra Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar. İsmayıllı rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub. Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.  

Çərşənbə axşamı, 12 Aprel 2022 10:32

Kənd toyuğundan çevirmə | Yeməli 29-cu veriliş

Çərşənbə axşamı, 12 Aprel 2022 10:28

Narkotik alverçisi tutuldu

Zaqatalada metamfetamin alverçisi tutulub. Rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan, əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub.
 
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan sellofan torbada satış məqsədilə üzərində daşıdığı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.
 
Məhkəmənin qərarı ilə Yusif Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

 
Çərşənbə axşamı, 12 Aprel 2022 10:03

Kanal S-lə sağlamlıq indi daha əlchatandır

Yüksək keyfiyyətli texnologiya və tibbi xidməti ilə seçilən “Kəpəz” Hospital ilə birgə həyata keçirilən layihə çərçivəsində paytaxtda fəaliyyət göstərən həkimlər, endokrinoloq İlkin Əhmədli, fizioterapevt Gülnar Əhmədli, rinoplastik Kamran İbrahimov, qastroenteroloq Rövşən İbişov və kök hüceyrə mütəxəssisi, plastik cərrah Sevinc Heydərova region sakinlərini elə Kanal S-in binasında qəbul edib, şikayətlərini dinləyib və onları müayinə ediblər. Layihənin keçirilməsində əsas məqsəd, paytaxta getmədən yerli sakinlərin xəstəliklərlə bağlı həkimlərə müraciəti və müayinəsinin əlçatanlığını təmin etmək olub. Müraciət edənlər növbəlilik prinsipinə əsasən həkim müayinəsindən keçiblər. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 100-ə yaxın pasient peşəkar həkimlərin müayinə və məsləhətlərindən yararlana bilib. 

Çərşənbə axşamı, 12 Aprel 2022 09:41

Şəhidin xatirəsi anılıb...

44 günlük müharibənin qəhrəmanlarından olan polkovnik leytenant Abakar Hacıyevin 43-cü baharını ailəsi, yaxınları şəhidin məzarı başında qeyd elədi. Doğulub boya-başa çatdığı Zaqatalanın Dardoqqaz kəndində torpağa tapşırılan igid el oğlunun məzarı önünə toplaşanlar Abakar Hacıyevin qısa, lakin şərəfli ömür yolundan danışıblar. Bildirildi ki, qorxmazlığı, şücaəti, dəqiqliyi və hərbi peşakarlığı ilə seçilən palkovnik-leytenant həm də sadəliyi, səmimiliyi ilə onu tanıyanların qəlbinə əbədi həkk olunub. Aprel döyüşlərində iştirakçısı olan Abakar Hacıyev müharibənin elə ilk günlərindən hərbi hissə komandiri kimi əsgərləri ilə birgə ön cəbhədə düşmənə qan uddurub. Abakar Hacıyevin Füzulidən başlayan döyüş yolu Xocavəndə qədər davam edib. Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan palkovnik leytenant ölümündən sonra “Azərbaycan bayrağı” ordeni,”Vətən uğrunda “ və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 41 illik ömrünün 24 ilini hərbi fəaliyyətə həsr edən Abakar Hacıyevi cənnətdəki ikinci doğum günündə yaxınları, doğmaları ilə yanaşı, məktəblilər də yad edərək məzarı önünə tər çiçəklər düzüblər. Vətən qəhrəmanının məzarı önündə çıxış edən məktəblilərin ifasında səslənən şeirlər dinləyənləri duyğulandırdı.

Çərşənbə axşamı, 12 Aprel 2022 08:02

İftarda ləzzətli Kələm dolması | Kəndimiz 42-ci veriliş

578 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S