Super User
Roza Zərgərli "Onlar haqqında fikir bildirmək yersizdir!" | Nahara az qala 10.10.2022
Belə də iş olar? | Hacı Dayının Nəvələri 10.10.2022
Psixoterapevt Akif Əsədullayev "Həkimcanlı"da 10.10.2022
Çağırış bildirişi məhkəmədən 2 ay sonra gəldi...
Mövsümi xəstəliklər uşaqların və məktəblilərin davamiyyətinə necə təsir edir?
Şamaxının təmirsiz qalan küçəsi...
Şamaxının Niyazi Nəcəfov küçəsinin sakinləri də uzun illərdir yol həsrəti çəkirlər. Maraqlısı budur ki, küçə salınan bu yana asfalt üzü görməyib. Şamaxı rayonunda yerləşən Niyazi Nəcəfov küçəsi istismara yararsız olduğundan yaşlı insanlar, məktəblilər, eləcə də digər sakinlər rahat hərəkət edə bilmir. Sakinlərin sözlərinə görə, payız-qış aylarında, əsasən də yağıntılı havalarda küçə daha da keçilməz olur. İri çuxurlar, çay daşları piyada və sürücüləri burdan keçməyə peşman edir. Sakinlərin sözlərinə görə, taksi sürücüləri bir çox hallarda bu əraziyə gəlməkdən imtina edir və ya daha baha qiymətə aparırlar. Yolun təmirsiz olması təcili yardım və yanğınsöndürən maşınlarının da işini çətinləşdirir. Problem ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, Şamaxı şəhərinin abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Tezliklə Niyazi Nəcəfov küçəsinin yol problemi də öz həllini tapacaq.
Göyçayda ikinci Qarabağ müharibəsinin şəhidi Xəyal Məmmədovun anım günü keçirilib...
Uşaqlarda yuxu zamanı sidik qaçirma: Enurez | Həkimcanlı 08.10.2022
Rejissor Roland Emmerichin uğursuzluğu | Baxmaq qadağandır #1
Şəkidə vətəndaşlarla görüş keçirilib...
Şəkidə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun vətəndaşlarla görüşü baş tutub. Şəki, Qax və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Sakinlərin müraciətləri əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyaların quraşdırılması, nov kanallarının qurulması, kanalların lildən təmizlənməsi ilə bağlı olub. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, araşdırılmasına ehtiyac olan müraciətlərsə nəzarətə götürülüb.