Super User

Super User

Çərşənbə, 30 Mart 2022 05:49

Sacda leço | Kəndimiz 33-cü veriliş

Çərşənbə axşamı, 29 Mart 2022 18:56

Tikinti materiallarının qiyməti bahalaşır...

Qiymət artımı əsasən xaricdən idxal edilən məhsullarda müşahidə edilir. Xüsusilə də taxta, dəmir kimi materialların qiyməti hər ötən gün artır. Alıcılar tikinti mövsümü ərəfəsində qiymətlərin yüksəlməsindən narahatdırlar. Satıcılar isə qiymət artımının əsas səbəbini Ukraynadan tikinti məhsullarının gəlməməsi və Avropa ilə Rusiya arasında münasibətlərin kəskinləşməsində görür. Belə ki, əsasən Rusiyadan idxal olunan taxta və dəmirin qiyməti azı 50% artıb. Əvəllər taxtanın kubu  300 manat idirsə hazırda 450 manata qədər qiymət qalxıb. Digər tərəfdən, yaz aylarında tikinti işlərinin artması, eləcə də, postpandemiya dövründə bu sahədə yaşanan canlanma qiymətə təsir göstərən əsas amillərdəndir. Yerli materiallarda da qiymət artımı müşahidə edilir. Əsasən çay daşı və digər yerli istehsalat materiallarında artım nəzərə çarpır.  Nəzərə alsaq ki, xaricdən gətirilən tikinti materiallarına qlobal məsələlər öz təsirini göstərir, o zaman qiymət artımı da qaçılmaz olur. Odur ki, bu prosesin normaya salınması ehtimalı qəlizləşir. Daha çox xarici bazara görə dəyişən qiymətlərin tənzimlənməsi o qədər də real görünmür.

Çərşənbə axşamı, 29 Mart 2022 18:44

U-18 millisinin təlim-məşq toplanışı keçirilib…

Martın 23-dən 29-dək Qəbələ şəhərində 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilib. U-18 millisinin hazırlıq düşərgəsinə müxtəlif komandalardan 24 futbolçu dəvət olunub. Onların çoxu 3 komandanın Qəbələ, Səbail və Neftçi klublarının üzvləridir. Toplanışın keçirilməsində məqsəd uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi, fərdi bacarıqları yüksək olan gənclərin seçilməsidir. Bunun üçün seleksiya xarakterli düşərgəyə 16 yeni futbolçu dəvət alıb. Təlim məşq toplanışı zamanı U-18 millisi martın 25-i və 28-də Qəbələnin 2-ci komandasına və Zaqatala komandasına qarşı 2 hazırlıq oyunları da keçirib. Millinin məşqçisi bildirib ki, komandanın gücləndirilməsi və heyətinə yeni futbolçuların qatılması üçün apreldə növbəti təlim-məşq toplanışı nəzərdə tutulub.

Çərşənbə axşamı, 29 Mart 2022 18:37

Yanğın iki ailəni evsiz qoydu...

Oğuzda fərdi yaşayış evinin yanması nəticəsində 6 nəfərdən ibarət iki ailə evsiz qalıb. Hadisə rayonun Mollalı kəndində, Adil Hacıyevə məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Yanğın yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının odun sobasından baş verdiyi ehtimal edilir. Küləkli hava isə  yanğının tez bir zamanda bütün evi əhatələməsinə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı, 29 Mart 2022 07:36

Xəngəl (Yarpaq xəngəli) resepti | Kəndimiz 32-ci veriliş

Bazar ertəsi, 28 Mart 2022 18:49

Satan narazı, alan narazı…

Həftədə bir gün, bazar günləri fəaliyyət göstərən Əliabad bazarında hər nə istəsən tapmaq mümkündür. Hər həftənin bazar günü rayon və bölgə sakinləri ilə yanaşı, ölkənin bir çox ərazilərindən yüzlərlə insan məhsul satmaq və ya almaq üçün bu bazara üz tutur.  Ucuzluğu ilə də məşhur olan bazarda dana əti hələ də 10 manatdan alıcılara təklif olunur. Ancaq qəssablar yaxın gələcəkdə ətin qiymətində artım olacağını düşünür. Səbəb isə ot və yem bazarında qiymətlərin qalxmasıdır. Həftə bazarının heyvan satılan hissəsində isə alandan çox satan görünür. Bazarda diri çəkidə xırdabuynuzlu heyvanların kilosu 6, iribuynuzlu heyvanların kilosu isə 5 manatdan təklif edilir. Bununla belə, satıcılar alıcı bazarının aşağı olmasından gileylənir. Bazara gətirilən bütün heyvanların sağlamlığı müvafiq qurumlar tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılır. Hələlik bazarda heyvanların qiymətində də artım müşahidə edilmir. Satıcılar bunu  fəsil dəyişkənliyi ilə əlaqələndirir. Belə ki, havaların qəfil soyuması yem ehtiyatının azalmasına gətirib çıxarıb. Nəticədə fermer heyvanı üçün yenidən yem ehtiyatı görməkdənsə satmağı münasib görür. Lakin havaların isinməsi və bir neçə ay sonra Qurban bayramı ilə əlaqədar tələbatın artması səbəbindən heyvan bazarında qiymətlərin də artacağı proqnozlaşdırılır.

Bazar ertəsi, 28 Mart 2022 18:43

Güclü küləyin fəsadları...

Güclü külək nəticəsində  Oğuz rayon mərkəzində iri gövdəli ağac aşıb. Bu səbəbdən ərazini elektrik enerjisi ilə təmin edən naqillər qırılıb. Rayonun Xaçmaz kəndi ərazisində aşan iri gövdəli ağac isə elektrik naqilləri və qaz xəttini zədələyib. Gecə saatlarından 8 mindən çox əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilməsində fasilə yaranıb. Xaçmaz kəndindən Filfilli kəndinə gedən yol bağlanıb. Müvafiq qurumların nümayəndələri ərazidə elektrik enerjisi və təbii qazın bərpa edilməsi istiqamətində təmir işləri aparıb.

Külək Şamaxı rayonunda da fəsadsız ötüşməyib. Rayonda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bəzi istiqamətlərdə ağaclar aşıb, elektrik dirəkləri əyilərək təhlükəli vəziyyətə düşüb. Rayonun M.Ə.Rəsulzadə küçəsində aşan ağac elektrik naqillərini, telefon xətlərini, vətəndaşa məxsus qaz sayğacını sıradan çıxarıb.

İsmayıllıda  şəhər sakininə məxsus tövlənin dam örtüyü qonşunun həyətinə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb. Güclü külək  Topçu Kənd Orta məktəbinin dam örtüyünü də tamamilə uçub və məktəb yararsız vəziyyətə düşüb. İsmayıllı  Rayon İcra Hakimiyyətində hadisə ilə bağlı komissiya yaradılıb, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Şəkidə güclü külək əsasən kəndlərdə fəsadlara səbəb olub. Qudula kəndində iri qoz ağacı aşaraq  yardımçı tikilinin üzərinə aşıb. Çeşməli kəndində  yardımçı tikilinin dam örtüyünü , Cəfərabad kəndində isə vətəndaşa məxsus yaşayış evinin üst örtüyünü külək aparıb. Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda bölgədə küləkli hava şəraiti davam edir.  Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə isə  ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti martın 30-u gündüzədək davam edəcək. Küləyin maksimal sürəti saniyədə 15-20 metr, ayrı-ayrı yerlərdə arabir 23-28 metr saniyəyədək güclənəcək.   

569 -dən səhifə 595

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S