Super User

Super User

Bazar ertəsi, 04 Aprel 2022 20:46

Qardaş qardaşı öldürdü...

Oğuzda dəhşətli qətl hadisəsi olub. Qardaş qardaşı öldürüb.Hadisə Gənclik küçəsində baş verib. Oğuz rayon sakini, 49 yaşlı Namiq Şirinov yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı, 46 yaşlı Aqil Şirinova bıçaqla xəsarətlər yetirib. Aqil xəstəxanaya çatdırılsa da, aldığı xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Namiq Şirinov şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bazar ertəsi, 04 Aprel 2022 20:39

Oğuzda meşə yanır...

Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.​ Yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.​ Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Yaponiyadan olan bir qrup investor Şəkiyə səfərə gəlib. Səfərin məqsədi Şəkinin sənaye, turizm, ümumilikdə iqtisadi potensialı ilə tanışlıqdır. Səfər çərçivəsində investorlar Yapon sərmayəsi ilə fəaliyyət göstərən tütünqurutma məntəqəsinə, Şəki Ipək Fabrikinə və digər istehsal müəssisələrinə baxış keçiriblər. Həmçinin Şəkinin Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkən qonaqlar burada Karvansaray, Xan Sarayı, Şəkixanovların evi kimi tarixi abidələri gəziblər, Şəki sənətkarlarının əli işləri ilə tanış olublar. İnvestorlar Azərbaycan-Yaponiya dostluğunun 30 illiyinə təsadüf edən bu səfərdən məmnunluqlarını və Şəkidə biznes fürsətlərinin olduğu qənaətinə gəldiklərini söyləyiblər.

566 -dən səhifə 596

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S