Super User
Sırdaq resepti | Yeməli 28.04.2022
Sacda ət qovurması | Kəndimiz 54-cü veriliş
Hacı Dayının Nəvələri 29-cu Bölüm
Invaziv damar cərrahi Eldar Bağırov "Həkimcanlı"da 27.04.2022
Şəhid Cavid Abdullayevin doğum günündə xatirəsi anılıb...
2019-cu ilin aprelində hərbi xidmətə yollanan Cavid Abdullayev vətənə olan borcunun bitməsinə bir ay qalmış müharibəyə qatılır. Hər bir Azərbaycan oğlu kimi o da böyük şücaət və qəhramanlıqla vuruşur. Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə xüsusilə fərqlənən Cavid 2020-ci ilin oktyabr ayının 21-də döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır. Onun nəşi 52 gün sonra tapılaraq doğulduğu Qax rayonunun Qaşqaçay kəndinə gətirilir və kənd qəbristanlığında dəfn olunur. Şəhidimizin cənnətdə keçirdiyi 22-ci doğum gününü ailəsi məzarı başında qeyd edib. Onun xatirəösini anıb, ruhuna dualar oxuyublar. Cavid Abdullayevlə bərabər döyüşlərdə eyni gün daha 5 gənc əsgərimiz də şəhidlik zirvəsinə ucalıb. Onlardan biri də Bərdə sakini şəhid Rəşad Nadirovdur. Rəşad Nadirovun anası və Bərdədən gələn digər şəhid valideyinləri də mərasimdə iştirak ediblər. Cavid Abdullayev ölümündən sonra "Vətən Uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şamaxıda Avropa “İmmunlaşdırma Həftəsi“ kampaniyası keçirilib…
ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən tədbirlərə qatılıb. Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirdən sonra qonaqlar Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb tələbələri və icma liderləri ilə görüşüb. “İmmunlaşdırma Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib. Daha sonra qonaqlar ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanış olmaq üçün Şamaxı Təlim Mərkəzini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, ilkin səhiyyə xidmətinin gücləndirilməsi universal tibbi təminatın əsasını təşkil edir. Avropa İmmunlaşdırma Həftəsinə həsr edilmiş Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub.
Xırda sac | Yeməli 40-cı veriliş
Hacı Dayının Nəvələri 28-ci veriliş
Kəndsayağı sobanın hazırlanması | Kəndimiz 53-cü veriliş
“Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirilib...
Şəkidə Heydər Əliyev mərkəzində “Bizim Böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə hazırlanan kitab azyaşlılar üçün nəzərdə tutulub. Təqdimat mərasimində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və könüllülər iştirak ediblər. Öncə mərasim iştirakçıları mərkəzin foyesində rəflərə düzülmüş“Bizim böyük Qələbəmiz” kitabı ilə tanış olublar, burada onlara kitab haqqında qısa məlumat verilib. Mərasim iştirakçıları, həmçinin, mərkəzin foyesində məktəblilərin əl işlərindən ibarət vətənpərvərlik mövzusunda rəsm sərgisinə baxıblar. Daha sonra tədbir mərkəzin akt zalında davam edib. Çıxış edənlər bildirib ki, kitabla tanış olan azyaşlılar Zəfər tariximizi daha yaxından öyrənmək imkanı qazanacaqlar. Sonda iştirakçılar şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.