Super User
Aparıcı efirdə göz yaşlarına boğuldu | Xəyalə ilə axşam söhbəti
Hacı Dayının Nəvələri 23-cü Bölüm
"Dana bel" resepti | Yeməli 35-ci veriliş
Həkim-pediatr, infeksionist Afət Talıbova "Həkimcanlı"da 20.04.2022
Günün təamı - Toyuq çığırtması | Kəndimiz 48-ci veriliş
Qız övladı olan anaların üzərinə düşən böyük məsuliyyət | Həkimcanlı 19.04.2022
Sahibsiz heyvanları sahiblənənlər...
Sahibsiz heyvanların sayı günbəgün çoxalmaqda davam edir. Xüsusi sevgi və qayğıya möhtac olan bu canlıların baxımı və sağlamlığına diqqət etmək olduqca vacibdir. Lakin ölkəmizdə heyvanların sağlamlıq mərkəzləri olmamasından bir çox heyvansevər əziyyət çəkir. Xüsusən də regionlarda...
Sığınacaqda qayğı göstərilən itlərin böyük əksəriyyəti Zaqataladan gətirilən xəstə və yaralı heyvanlar olsa da, burada Şirvan şəhərindən və digər uzaq rayon və şəhərlərdən gətirilən heyvanlar da var. 11 aya yaxındır ki, itləri saxladıqları məkanın icarə haqqını və gündəlik qidalarını digər yardımsevərlərin də dəstəyi ilə qarşılayan gənclərin əsas çətinliyi ayrıca özlərinə məxsus məkanın olmamasıdır. Belə ki, indi yerləşdikləri məkan yaşayışın sıx olduğu və mərkəzə yaxın ərazi olduğundan itlərin səs-küyü yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olur. Heyvansevərlər indi itləri üçün yeni, bir qədər kənar ərazi axtarışındadırlar. Dıgər tərəfdən isə, nəinki rayonda, hətta bölgədə itlər üçün ixtisaslaşmış ayrıca baytar həkimlərin və müalicə mərkəzlərinin olmaması səbəbi ilə yaralı və xəstə itlər müalicə üçün hər dəfə Paytaxt Bakı şəhərinə aparılır. Bu isə öz növbəsində heyvansevərin işini çətinləşdirməklə yanaşı, xeyli əlavə vəsit tələb edir. Bu itlərin əksəriyyətinin əvvəllər sahibi olub, təəssüf ki, it xəstə olduğundan, ya da başqa səbəblə sahibləri onları tərk edib. Uzun müddət küçələrdə yaşamağa məhkum edilən bu canlılar, hazırda heyvansevər tərəfindən sahiblənilib. Rayon baytarlıq idarəsi tərəfindən küçə itləri və ev itləri mütəmadi olaraq peyvənd olunsa da bu sahibsiz heyvanların yalnız quduzlaşmamasına xidmət edir. Küçələrdə günü-gündən artan sahibsiz heyvanların azalması üçün hər bir bölgədə kütləvi şəkildə qısırlaşdırmanın həyata keçirilməsi vacibdir.