Super User

Super User

Cümə axşamı, 14 Aprel 2022 18:34

20 sürücü cərimələndi…

Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni tədbir görülməsi məqsədi ilə reydlər təşkil edilib. Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reyddə piyada səkilərində, müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər aşkarlanıb. Ümumilikdə sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

 Heydər Əliyev mərkəzində keçirilən tədbirdə çıxış edənlər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Qəbələ Regional İdarəsi gördüyü işlərdən bəhs ediblər. Qeyd olunub ki, Qəbələ regional idarəsi 14 inzibati rayonda 500 abidəni Dövlət Qeydiyyatına götürüb. 300 dən çox yeni aşkar olunmuş abidələrin mühafizəsini təmin edir. Dövr ərzində regional idarənin abidə muhafizəçiləri tərəfindən abidələrdə geniş monitorinqlər aparılıb və nəticələri barədə regional idarəyə hər ay hesabatlar təqdim olunub. Daha sonra tədbir iştirakçıları Qəbələ Regional İdarəsinin nəzarətində olan abidələrin fotolarından ibarət sərgi ilə tanış olublar. Qonaqlara abidələr barədə ətraflı məlumat verilib.Tədbir İsmayıllı rayon incəsənət ustalarının ifaları ilə başa çatıb.

Cümə axşamı, 14 Aprel 2022 10:54

Şamaxıda əzəmətli ulduzların seyri | Tur-İzim

Çərşənbə, 13 Aprel 2022 18:55

Sel təhlükəsi gözlənilir?

Bu il qışın quraq keçməsi, yaz aylarında isə yağan qar çaylarda sel təhlükəsini artırıb. Belə ki, yağışlar mövsümünün başlaması ilə qarın əriməsi eyni ana təsadüf etdiyi üçün təhlükə yaşana bilər. Ancaq Şəki suvarma sistemləri idarəsindən bidirildi ki, görülən işlər kifayət etmir. Belə ki, çay məcralarının təmizlənməsi ilə yanaşı, bəndlərin də salınmasına ehtiyac var. Eyni zamanda qurumdan bildirildi ki, suvarma mövsümü olduğu üçün çaylardan gələn su əkin sahələrinə yönəldilir. Hazırda 39 min hektar sahənin suvarılması üçün iş aparılır. Qurumdan o da qeyd edildi ki, şəhərdaxili çaylar - Dəyirmanarxı və Qurucana çaylarında da ümumilikdə 6 min paqonametr uzunluğunda bənd salınmasına və təmir bərpa işlərinin aparılmasına böyük ehtiyac var.

 3 ay müddətində davam edən “ŞƏKİ MƏDƏNİYYƏT” festivalı 2015-ci ildən fəaliyyət göstərən “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sayca 7-ci layihəsidir. Layihə çərçivəsində məntiqi və Şəkinin mədəniyyətini əhatə edən sualların köməyi ilə gənclərin intellektual bilikləri sınanılıb. Müsabiqənin qalibi olan 31 nəfər hədiyyə və sertifikatlarla mükafatlandırılıb. “ELM” ictmai birliyinin layihələrində əsas məqsəd Azərbaycan tarixinə, mədəniyyətinə sevgisini və marağını artırmaq, həmçinin istedadlı gəncləri aşkar etmək, onların gələcək inkişafına dəstək göstərməkdir. Qeyd edək ki, ümumilikdə müsabiqələrdə 5000-ə yaxın intellektual gənc iştirak edib. 

Çərşənbə, 13 Aprel 2022 18:33

Heyvanlar yanaraq tələf oldu...

 İsmayıllıda 24 baş inək və qoyun yanaraq tələf olub. İsmayıllı rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Hadisə rayonun Kəlbənd kənd sakini, 1954-cü il təvəllüdlü Quliyev Rəşid İsmayıl oğluna məxsus ümumi sahəsi 132 kvadratmetr olan mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissələrinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı tövlə, içəridəki 17 baş qoyun və 7 baş inək, çardaqdakı 1.5 ton ot yanaraq tələf olub. Hadisə zamanı tövlənin yanındakı "QAZ 53" markalı yük maşını yanıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı evə keçməsinin qarşısını alıb. Xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.  

Bazar ertəsi, 18 Aprel 2022 18:26

5 yaşlı uşağı avtomobil vurub…

Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub. Hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakini Tunar  Bayramov "Changan" markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

576 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S