Super User
Atıcılıq üzrə Dünya Kubokuna hazırlıq məşqləri aparılır…
Qəbələ Atıcılıq Klubunda Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya Kuboku yarışlarının məşqlərinə start verilib. 79 nəfərlik Qazaxıstan milli komandası, eləcə də Özbəkistan və Azərbaycan milli komandasından iştirakçılar stend atıcılığı, tir və digər atıcılıq növləri üzrə hazırlıq məşqləri aparır. Gərgin keçən məşqlər mayın 26 – na kimi davam edəcək. Onu da qeyd edək ki, Bakıda keçırıləcək Dünya kuboku mayın 27-dən iyul ayının 7-nə kimi davam edəcək. Mötəbər yarışda dünyanın 70-dən çox ölkəsinin 700-ədək idmançısı mübarizə aparacaq.
“Qızılgüllər diyarı”nda gül yığımı start götürüb...
Zaqatala rayonunun ənənəvi və ən gəlirli kənd təsərrüfatı sahələrindən olan gülçülükdə artıq yığıma başlanılıb. May ayının ilk ongünlüyündən başlanan yığım hava şəraitindən asılı olaraq, iyun ayının ilk ongnlüyünədək davam edəcək. Ümumilikdə 145 hektar sahədən bu günəək 350 ton gül ləçəyi tədarük edilib. Müəsisədə 50 nəfərdən çox daimi işçidən əlavə, hər il yığım və gül sahələrinə qullluq ərəfəsində 2000 nəfərə yaxın sakin mövsümi işlərə cəlb edilir. Ötən il sahələrdən 530 ton gül ləçəyi tədarük edilib. Bu il isə bu rəqəmin 600 tondan çox olacağı gözlənilir. Toplanan gül ləçəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağ istehsalı müəsisəsində emal edilir. İstər yığım, istərsə də istehsal prosesi qabaqcıl metodologiya əsasında Türkiyə və Bolqarıstan təcrübəsinə uyğun olaraq aparılır. Gül ləçəklərindən alınan bu məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. Məhsula xarici bazarda tələbat yetərincədir. İstehsal onunan gül yağının demək olar ki, hamısı elə xarici bazarlarda satılır.
Minik avtomobili aşıb, iki nəfər xəsarət alıb…
Qaxda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb. Hadisə bu gün səhər saatlarında Qax-İlisu avtomibil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Qax şəhər sakini, Hüseyn Hüseynli idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan iki sərnişin, rayonun İlisu kənd sakini 24 yaşlı Tural Rəşidov və Ənbərçay kənd sakini, 29 yaşlı Rövşən Əhmədli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-stabil olduğu bildirilir. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Mikroavtobus yeniyetməni vurdu...
Şəkinin Suçma kəndində piyada vurulub. Hadisə axşam saatlarında qeydə alınıb. Yolu qarşıya keçən 12 yaşlı Elvin Məmmədli Zaqatala istiqamətində hərəkətdə olan 99 BE 563 dövlət nömrə nişanlı 31 yaşlı Səməd Qurbanovun idarə etdiyi mikroavtobus tərəfindən vurulub. Hadisə nəticəsində Elvin Məmmədli müxtəlif bədən xəsarətləri alıb. Onu dərhal Şəki RMX-ya çatdırıblar. Elvin Məmmədlinin vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Pediatr Azər Məmmədov "Həkimcanlı"da 21.05.2022
Beydulla İsgəndərov - Dünya işığına həsrət bir müəllimin hekayəsi | Onun Yolu
Qeyri-adi əhvalatlar dolaşan dünyanın ən müəmmalı məkanı | Sirlər
Haçiko, bir itin taleyi | Kanal S-inema
“Təbiət Elmləri Təhsilinə dəstək" adlı təlim dərsi keçirilib…
Yaponiya Səfirliyi və Yaponiyanın "Hitachi Hightech" şirkətinin birgə əməkdaşlığı ilə Şamaxıda Elşən Hüseynov adına 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək" adlı təlim dərsi baş tutub. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Şamaxı Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, Dağlıq Şirvan Regional Təhsil idarəsinin rəsmiləri və digər qonaqlar iştirak edib. Təlim zamanı şagirdlərə "Hitachi Hightech" şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilib, yeni biliklər aşılanıb. Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olub.
AQTA fitosanitar müşahidələri davam etdirir...
Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin fitosanitar müfəttişləri fermerlər, torpaq istifadəçiləri ilə maarifləndirici görüş təşkil edib. Görüşün keçirilməsində əsas məqsəd fındıq bitkisinin başlıca zərərli orqanizmlərinin tanınması, düzgün mübarizənin təşkili, əsassız kimyəvi mübarizə tədbirlərinə yol verilməməsindən ibarətdir. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanıb. Milli Monitorinq Planı çərçivəsində bölgənin fındıq bağlarında aparılan müşahidələr zamanı karantin tətbiq edilməyən fındıq mənənəsinə, yarpaqyeyən böcəklərə və unlu şeh xəstəliyinin ilkin simptomlarına rast gəlinib. Sözügedən kosmopolit növlərin vaxtında həyata keçirilən bitki mühafizə tədbirləti ilə qarşısını almaq mümkündür.