Super User

Super User

Çərşənbə axşamı, 22 Fevral 2022 08:42

Hacı Dayının Nəvələri 7-ci Bölüm

Qaxda küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları nəzarət-profilaktik tədbirlər keçirib. Müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb. Yol verdikləri qayda pozuntuları onlara izah olunub və həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.
Bazar ertəsi, 21 Fevral 2022 19:56

Yeni yaşayış massivi niyə qazlaşdırılmır ?

Ölkədə qazlaşdırılma ilə bağlı hər il müəyyən tədbirlər görülsə də qazlaşmadan kənarda qalan yaşayış məskənləri də yetərincədir.  Xüsusilə də yeni yaşayış massivlərində əhali daha çox bu problemi yaşayır. Zaqatalanın Şimal-Qərb massivində olduğu kimi.  
Zaqatala şəhərində yerləşən Şimal-Qərb Massivində sakinlərin rahatlığı və infrastruktur baxımından bir çox şərait qurulub. 800-dən çox təsərrüfatın olduğu bu ərazidə yeganə çətinlik, təbii qazın olmamasıdır. Massiv sakinləri illərdir rayon mərkəzinə yaxın bir ərazidə odun, fındıq qabığı kimi alternativ yanacaq növlərindən istifadə edirlər. Sakinlərin sözlərinə görə,hər il qış mövsümündə evlərini qızdırmaq üçün 1000 manatdan çox vəsait xərcləməli olurlar. Məsələnin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edənsakinlər əraziyə mavi yanacağın çəkiləcəyi günü səbrsizliklə gözləyirlər. Verilən vədə əməl olunsa, belə görünür, sakinlər növbəti qışa artıq odun dərdi çəkməyəcəklər.  
Bazar ertəsi, 21 Fevral 2022 19:27

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Balakəndə isə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb. Rayon sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları intizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci - avtoxuliqanlıq maddəsi ilə protokol tərtib edib, hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərib. Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
587 -dən səhifə 594

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S